AZƏRBAYCAN DÖVLƏT BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN AKADEMİYASININ KOMANDASI AZƏRBAYCAN ÇEMPİONU OLDU
Bakı, 15 iyun (AZƏRTAC). Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) futbol komandası ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ölkə çempionatının qalibi olmuşdur. ADBTİA finalda Azərbaycan Texniki Universitetinin komandasını 1:0 hesabı ilə məğlub edərək yarışın qızıl medallarına sahib olmuşdur.
Üçüncü yer uğrunda görüşdə Azərbaycan Beynəlxalq Universitetinin komandası Dövlət Neft Akademiyasının kollektivi üzərində 6:2 hesabı ilə qələbə qazanaraq bürünc medallara layiq görülmüşdür.
Çempionatın baş sponsoru olan Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən qalib və mükafatçılara pul mükafatları təqdim olunmuşdur.
Qalib komandaya 20 min manat, ikinci - üçüncü yeri tutmuş kollektivlərə isə, müvafiq olaraq 15 min və 10 min manat məbləğində pul mükafatı verilmişdir.
######
![]() |
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]
“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb
- 11.06.2026 [16:28]
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub
- 11.06.2026 [15:58]
Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib
- 11.06.2026 [15:48]



