Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan dövləti istənilən çətinliyin öhdəsindən gəlmək gücündədir

Azərbaycan dövləti istənilən çətinliyin öhdəsindən gəlmək gücündədir

Bakı, 15 aprel, AZƏRTAC

2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda Prezident İlham Əliyev ölkə həyatının bütün istiqamətlərinə diqqət çəkdi və qarşıda duran vəzifələrin həyata keçirilməsi ilə bağlı mühüm ismarıclar verdi.

Bu fikri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Ekspert qeyd edib ki, Prezidentin COVID-19 virusunun geniş yayılmasının qarşısının alınması və pandemiyanın təsir göstərdiyi sahələrdə inkişaf dinamikasının qorunub saxlanılması ilə bağlı Azərbaycanın əldə etdiyi nəticələrə nəzər saldıqdan dərhal sonra ölkəmizin inkişafı üçün müstəsna əhəmiyyət kəsb edən vəzifələrdən danışması, bu vəzifələrin həyata keçirilməsi üçün strateji istiqamətləri müəyyənləşdirməsi gələcəyə daha böyük ümidlərlə baxmağa zəmin yaradır. Dövlət başçısının strateji baxış bucağının yaratdığı mənzərə həm də onu göstərir ki, Azərbaycan dövləti istənilən çətinliyin öhdəsindən gəlmək potensialında və gücündədir, proqnozlaşdırılması mümkün olan və olmayan hadisə ölkəmizi inkişaf və tərəqqi yolundan döndərə bilməyəcək. Azərbaycan dünyada və regionda baş verə biləcək bütün ssenariləri öz milli maraqlarına uyğun şəkildə yönəltmək imkanındadır. Bunun üçün siyasi iradə, çevik idarəçilik mexanizmləri və Azərbaycan xalqının böyük dəstəyi var.

Siyasi ekspert əlavə edib ki, Prezident İlham Əliyev öz nitqində ölkəmizdə aparılan islahatların davam edəcəyini vurğuladı və qeyd etdi ki, bütün sahələrdə islahatlar aparılmalıdır. Azərbaycan Prezidenti iqtisadi və digər sahələrdə həyata keçirilən islahatlarla yanaşı, siyasi islahatların daha da dərinləşdiriləcəyinə xüsusi diqqət çəkdi. Bu, olduqca mühüm əhəmiyyət kəsb edir. Cənab Prezidentin siyasi islahatların Azərbaycanın mövcud imkanlarını daha da genişləndirəcəyini xatırlatması, əslində, diqqətin nə üçün məhz siyasi islahatların üzərində fokuslanması ilə bağlı ortaya çıxa biləcək bütün sualların cavabıdır. Dövlətimizin başçısının dediyi kimi, yalnız siyasi və iqtisadi islahatlar paralel aparıldıqda böyük uğurlar əldə oluna bilər.

“Bu qənaət, şübhəsiz ki, geridə qalan zaman ərzində əldə olunan təcrübə nəticəsində formalaşıb. Təcrübə isə göstərir ki, islahatlar bütün sahələr üzrə paralel şəkildə aparıldıqda, dövlət idarəçiliyi sistemi mövcud çağırışlara cavab verdikdə və prosesə ictimai nəzarət mexanizmləri gücləndirildikdə effektiv nəticə verir. Azərbaycanda ötən müddət ərzində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, gənclərə öz potensiallarını büruzə vermələri üçün geniş imkanların yaradılması, kadrlara münasibətdə peşəkarlıq, dürüstlük, vətənpərvərlik kimi mühüm keyfiyyətlərin ön plana keçirilməsi islahatların qarşıdakı mərhələdə də uğurla davam etdirilməsinə zəmin yaradır” , - deyə ekspert vurğulayıb.

Dövlət başçısının da öz nitqində qeyd etdiyi kimi, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur. Prezident İlham Əliyev siyasi islahatların tərkib hissəsi kimi ölkəmizdə keçirilən son parlament seçkilərinin nəticələrinə də nəzər saldı və tarixdə ilk dəfə olaraq müxalifət nümayəndəsinin Milli Məclis Sədrinin müavini vəzifəsinə seçildiyini, parlament komitələrinə müxalifət nümayəndələrinin başçılıq etdiyini xatırladı. Bütün bunlar siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması və siyasi sistemin yeni konfiqurasiyasına yol açan addımlardır. Bəs siyasi sistemin yeni konfiqurasiyası nə deməkdir? Bu, ilk növbədə, qarşılıqlı etimadlı siyasi münasibətlər sisteminin, dialoq mədəniyyətinin formalaşması, çoxpartiyalı sistemin istisnasız olaraq Azərbaycan dövlətinin, xalqının maraqlarına xidmət edəcək bir platforma üzərindən inkişafı, dövlətçilik və müstəqillik prinsiplərinin rəhbər tutulmasını ehtiva edən siyasi sistemin yaradılmasıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu istiqamətdə aparılan islahatların əsas məqsədi elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Bu, Azərbaycan dövlətçiliyi üçün yeni və olduqca mühüm və bəlkə də tarixi əhəmiyyət kəsb edən bir mərhələdir. Təəssüf ki, son dövrlərədək Azərbaycanda dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişaf kimi müqəddəs amallar ətrafında yeni siyasi münasibətlər sisteminin formalaşmasına həm daxili - antimilli qruplaşmalar, həm də onları idarə edən daxili mafioz qruplaşmalar, Azərbaycana düşmən kəsilən xarici qüvvələr ciddi maneələr yaratmağa çalışıblar. Bunun üçün Azərbaycanın siyasi sistemini nəyin bahasına olursa-olsun səngərlərə bölməyə, fikir ayrılıqlarının düşmənçilik münasibətləri səviyyəsinə çatdırılmasına, ən müxtəlif yollar və vasitələrlə, Azərbaycan xalqının daşıdığı dəyərlərdən, siyasi mədəniyyətdən uzaq olan muzdlu nüfuz müvəkkillərindən istifadə etməklə siyasi qüvvələr arasında nifaq toxumu səpməyə çalışıblar. Lakin bütün bunlar Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan xalqının toplumsal siyasi səviyyəsi və ölkəmizdəki siyasi qüvvələrin mütləq əksəriyyətinin obyektiv dəyərləndirmə hissini itirməməsi nəticəsində iflasa uğrayıb və keçmişdə qalıb.

Prezident İlham Əliyev indiki şəraitdə siyasi qüvvələrin mütləq əksəriyyətinin dövlətçilik prinsiplərini hər şeydən üstün tutduğunu vurğulamaqla, bir daha antimilli qüvvələrə və onlardan öz maraqları üçün istifadə edənlərə xatırlatdı ki, Azərbaycanın islahatlar yolu ilə yeni inkişaf mərhələsinə qədəm qoyması, bu istiqamətdə inamla addımlaması xalqın, siyasi qüvvələrin mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi, alternativi və geriyə dönüşü olmayan yoldur.

Siyasi ekspert bildirib ki, Prezident İlham Əliyevin 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransdakı əhatəli nitqindən gəldiyi yekun nəticə ondan ibarətdir ki, Azərbaycan pandemiyanı yendikdən sonra sabaha böyük əzmlə, qətiyyətlə, milli birlik və həmrəylik içərisində öz strateji hədəflərinə doğru addımlayacaq. Bu isə ölkəmizin indikindən daha da güclü olacağına, qarşıda dayanan bütün maneələri dəf edəcəyinə, iqtisadiyyatını bütün çağırışları önləyə biləcək bir müstəviyə yüksələcəyinə, dövlət idarəçilik mexanizmlərinin çoxlarına örnək olacaq bir səviyyəyə çatdırılacağına böyük ümidlər yaradır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır