Azərbaycan Dubayda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq
Bakı, 30 aprel, AZƏRTAC
Mayın 4-dən 7-dək Dubayda keçiriləcək “ATM 2015” beynəlxalq turizm sərgisində ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları təmsil edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, beynəlxalq sərgidə Azərbaycanın turizm potensialı icarəyə götürülmüş 56 kvadratmetrlik pavilyonda nümayiş olunacaq. Sərgidə ölkəmizin görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri ingilis və ərəb dillərində hazırlanmış müxtəlif adda broşür, buklet və CD-lər vasitəsilə təbliğ ediləcək.
Sərgiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə yanaşı, ölkəmizdə fəaliyyət göstərən 6 yerli turizm şirkətinin təmsilçisi də qatılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]