AZƏRBAYCAN ƏSGƏRİ İŞĞAL ALTINDA OLAN TORPAQLARIMIZI AZAD ETMƏYƏ HAZIRDIR
Deputatlar dövlətimizin başçısı, Ali baş komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi və hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların hərbi hissələrdə böyük ruh yüksəkliyi ilə qarşılandığını qeyd etmişlər.
Ermənilərin işğal etdikləri əraziləri yandırmaları faktlarını təsdiqləyən deputatlar demişlər ki, düşmən zamanın onların xeyrinə işləmədiyini, işğal etdikləri torpaqları tezliklə boşaldacaqlarını yaxşı başa düşür, buna görə də öz vəhşiliklərini bir daha nümayiş etdirərək əkin sahələrimizi, meşələri yandırır, milli mədəni sərvətlərimizi, abidələrimizi məhv edirlər.
Deputatlarımız bununla bağlı beynəlxalq təşkilatlara müraciət edəcəklərini və beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizmə yönəldəcəklərini bəyan etmişlər.
Sonra Milli Məclisin üzvləri jurnalistllərin suallarını cavablandırmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [14:02]
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib
- 13.10.2026 [13:49]
Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb
- 13.10.2026 [13:44]
Laos Prezidenti Zəfər parkını ziyarət edib
- 13.10.2026 [12:31]
Prezident Thonqlun Sisulit: Azərbaycanın inkişafının şahidi oluram
- 13.10.2026 [11:59]