İDMAN
Azərbaycan gimnastları Monteneqrodakı beynəlxalq turnirdə altı medal qazanıblar
Bakı, 2 iyun, AZƏRTAC
Monteneqronın Budva şəhərində bədii gimnastika üzrə “Montanegro Wild Beauty Cup 2022” beynəlxalq turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, Monteneqro Gimnastika Federasiyası və Budva Gimnastika klubu tərəfindən təşkil olunmuş yarışda uşaqlar, yeniyetmələr və böyüklər kateqoriyası üzrə 10 ölkəni təmsil edən 113 gimnast iştirak edib.
İOEUG Gimnastika Məktəbinin gimnastları yarışda müvəffəqiyyətlə çıxış edərək altı medal qazanıblar.
Fərdi hərəkətlərdə iştirak edən gimnastlarımız Amina Novruzova, Dərya Məmmədova, Zəhra Həsənzadə və Səidə Əliyeva qızıl, Aylin Ocaqi topla hərəkətlərdə qızıl, çoxnövçülükdə isə bürünc medal qazanıblar. Ən kiçik yaş kateqoriyasında çıxış edən Lalə Novruzova isə beşinci yerdə qərarlaşıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2024 [20:15]
Hidayət Heydərov dünya çempionatının qalibi olub
- 20.05.2024 [19:04]
Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi finala yüksəlib
- 20.05.2024 [18:36]
Avropa çempionatı: Azərbaycan güləşçisi finala yüksəlib
- 20.05.2024 [17:36]
Bakıda güləş üzrə Avropa çempionatının açılış mərasimi keçirilib VİDEO
- 20.05.2024 [17:13]
Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı bəlli olub
- 20.05.2024 [17:02]
Avropada bütün zamanların ən yaxşı futbolçuları açıqlanıb
- 20.05.2024 [15:46]