AZƏRBAYCAN GİMNASTLARI POLŞADA QIZIL MEDALLAR QAZANMIŞLAR
Azərbaycanın bədii gimnastika üzrə qrup komandası və yeniyetmə Nigar Əbdüsəlimova Polşada beynəlxalq turnirdə qızıl medallar qazanmışlar. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Vəfa Hüseynova, Anna Bitiyeva, Valeriya Yeqay, Alina Tryopina və Anastasiya Prasolovadan ibarət qrup 2 halqa və 4 gürz ilə hərəkətlərdə rəqibləri üçün əlçatmaz olmuşdur. Digər finalda beş iplə gimnastlar üçüncü, çoxnövcülükdə isə meydança sahiblərindən sonra ikinci olmuşlar.
Beynəlxalq turnirdə lentlə final hərəkətində Nigar Əbdüsəlimova birinci yeri tutmuş, daha bir azərbaycanlı gimnast Səidə Abdullayeva ikinci olmuşdur.
Bu turnir həm qruplar, həm də yeniyetmələr üçün iyunun 5-dən 7-dək Turində (İtaliya) keçiriləcək Avropa çempionatına hazırlıq xarekteri daşımışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]