Azərbaycan güləşçisi Esra Məmmədli Avropa çempionatında beşinci olub
Bakı, 18 iyul, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə U-15 Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, qitə birinciliyinin ilk günündə qadın güləşi üzrə mübarizə baş tutub. Ölkəmizi bu növdə 2 güləşçi təmsil edib.
Esra Məmmədli (50 kq) ilk görüşdə hollandiyalı Ssilla Van Osa (4:7), Sofiya Rüstəm (58 kq) isə türkiyəli Yağmur Şenə (1:5) məğlub olub. Ancaq E.Məmmədlinin rəqibi finaladək irəlilədiyi üçün bürünc medal qazanmaq şansı yaranıb.
Təmsilçimiz yarışın ikinci günündə təsəlliverici görüşlərdə bolqar Stefani Lazarova (6:0) və hollandiyalı Jozefyen Kumansa (4:1) qalib gəlib. Güləşçimiz üçüncü yer uğrunda qarşılaşmada macar Emese Şeqlediylə bacarmayıb (1:10) və qitə birinciliyini 5-ci pillədə tamamlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]