Azərbaycan güləşçisi Rafiq Hüseynov üçqat Avropa çempionu olub
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Avropa çempionatında qızıl medal qazanıb.
AZƏRTAC xəbər verir ki, çempionatda 82 kiloqram çəki dərəcəsində çıxış edən R.Hüseynov startda çexiyalı Petr Novakı 5:1 hesabı ilə üstələyib. R.Hüseynov dörddəbir finalda macar Tamaş Levayla qarşılaşıb. Görüşün taleyini təcrübəli pəhləvanımızın ilk hissədə etdiyi uğurlu fənd müəyyənləşdirib - 2:0. Təmsilçimiz final yolunda moldovalı Mixail Braduya da gücünü göstərib - 2:0.
Beləliklə, titullu güləşçimiz üçüncü dəfə Avropa çempionatının finalına yüksəlib. R.Hüseynovun həlledici görüşdə rəqibi gürcü Gela Bolkvadze olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn R.Hüseynov üçqat Avropa çempionu olub.
Güləşçimiz 2011-ci ildə Almaniyada və 2020-ci ildə İtaliyada keçirilən Avropa çempionatlarında da birinci olub. Təmsilçimiz 2018-ci ildə Rusiyada təşkil olunan qitə birinciliyini üçüncü pillədə başa vurub. R.Hüseynov ötən il Norveçdə keçirilən dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:31]
Azərbaycanın U-15 millisi UEFA İnkişaf Turnirinə Bakıda hazırlaşacaq
- 09.10.2026 [16:28]
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vurulub
- 09.10.2026 [15:55]
Bakı Olimpiya Stadionu Avropa nəhənglərini qarşılamağa hazırdır VİDEO
- 09.10.2026 [15:09]
Azərbaycan atletləri Beynəlxalq Xankəndi Ultramarafonunda 3-cü yeri tutublar
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]