Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olaraq qalır
Tbilisi, 5 dekabr, AZƏRTAC
Uzun illərdir Gürcüstan istehlak etdiyi təbii qazın əsas hissəsini Azərbaycandan alır. Cari ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycandan 1,7 milyard kubmetr qaz alıb. Bu göstərici 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz azalıb.
AZƏRTAC Gürcüstan mətbuatı istinadla xəbər verir ki, bu barədə Baş nazirin müavini, iqtisadiyyat naziri Levan Davitaşvili jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, son illər Gürcüstanda yeni sənaye obyektlərinin açılması nəticəsində təbii qaza tələbat artıb. Azərbaycandan alınan qazın həcmi ölkənin istehlak tələbatını ödəmədiyi üçün rəsmi Tbilisi alternativ mənbələr axtarır. Bu mənbələrdən biri də Rusiyadır. Gürcüstanın Rusiyadan aldığı qazın həcmi cari ilin 10 ayında ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb.
Rusiyadan qaz idxalının artacağını istisna etməyən nazir deyib ki,
buna baxmayaraq Azərbaycan Gürcüstanın əsas təbii qaz təminatçısı olaraq qalır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]