AZƏRBAYCAN HAQQINDA KİTAB VƏ ELEKTRON NƏŞRLƏR MACARISTAN XARİCİ ƏDƏBİYYAT MİLLİ KİTABXANASINDA
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə xarici ölkələrdə Azərbaycanın tarixini və mədəni irsini təbliğ etmək, Azərbaycan ədəbiyyatı fondlarını daha da zənginləşdirmək məqsədi ilə onlara kitab və elektron nəşrlər göndərilir.
Bu günlərdə nazirlik Azərbaycanın Macarıstandakı səfirliyi vasitəsi ilə həmin ölkənin Xarici Ədəbiyyat Milli Kitabxanasına maraqlı kitab və elektron nəşrlər göndərmişdir. Kolleksiyaya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva, habelə Azərbaycanın tarixi, qədim dövlətçiliyi, mədəniyyəti, incəsənəti, musiqisi, adət-ənənələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və s. haqqında Azərbaycan, rus, ingilis, fransız, alman dillərində materiallar daxildir. Onların arasında “Heydər Əliyev və mədəniyyət” 3 cildliyi, “Heydər Əliyev: Ömür və zəmanə (1923-2003)” fotoalbomu, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, Азиз Алекперли “Памятники Западного Азербайджана”, Aziz Alekberli “Monumente West Azerbaidschans”, C.Rüstəmov “Qobustan - Azərbaycanın qədim mədəniyyət ocağı (Gobustan - the ancient centre of Azerbaijan culture)”, “Kitabi-Dədə Qorqud Ensiklopediya” (2 cilddə)”, В.Л.Величко “Кавказ”, V.L.Velichko “Caucasus”, Дж. Алиев, Б. Будагов “Турки, азербайджанцы, армяне: геноцид исторической правды”, Dshalal Alijev. Budag Budagov “Türken, aserbeidshaner und armenier. Das genozid”, Samuel A. Weems “Secrets of a “Christian” terrorist state Armenia”, “Mythomanie Armenienne”, Эрих Файгл “Резкий поворот: Армянская мифомания и правда” və s. kitab, buklet, “Heydər Əliyev. Azərbaycan mədəniyyətinin hamisi”, “Arşın mal alan”, “Nəsimi” filmləri vardır.