Azərbaycan idmançıları Gimnaziadada mübarizəyə başlayırlar
Manama, 25 oktyabr, AZƏRTAC
Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarına bu gün start veriləcək.
AZƏRTAC xəbər verir ki, ilk yarış günündə Azərbaycan idmançıları da mübarizə aparacaqlar.
Təmsilçilərimiz 8 idman növü - cüdo, aerobika gimnastikası, şahmat, boks, paracüdo, üzgüçülük, paraüzgüçülük və stolüstü tennis üzrə yarışlarda qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, oktyabrın 30-dək davam edəcək oyunlarda 26 idman növü üzrə 71 ölkədən ümumilikdə 18 yaşadək 3687 idmançı mübarizə aparır. Azərbaycan Gimnaziadada 16 növ üzrə 160 idmançı ilə təmsil olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]