Azərbaycan idmançısı Dünya Kubokunun qalibi olub
Bakı, 27 iyul, AZƏRTAC
Azərbaycanın paragüllə atıcılığı üzrə milli komandasının üzvü Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda qızıl medal qazanıb.
Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, dünya və Avropa çempionu olan idmançı 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) yarışının finalında 222 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Turnirdə Azərbaycanı Kamran Zeynalovla yanaşı, Rafiq Əliyev və Aybəniz Babayeva da təmsil edirlər.
Qeyd edək ki, Dünya Kubokuna iyulun 29-da yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]