Azərbaycan idmançısı İradə Aşumova qadınlar arasında 25 metrdən tapança ilə atəşaçmada finala yüksəlib
Bakı, 14 may, Məhərrəm Əlioğlu, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma üzrə təsnifat mərhələsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı İradə Aşumova finala vəsiqə qazanıb.
Azərbaycanı təmsil edən digər idmançılarımız - Zərifə Qasımova və Nigar Nəsirova təsnifat mərhələsində mübarizəni dayandırıblar.