Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 25 sentyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində sentyabrın 24-də ATƏT-in baş katibi Lamberto Zannier ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin təşkilatın Bakı layihə əlaqələndiricisi ofisi tərəfindən təqdim olunmuş layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Elmar Məmmədyarov ATƏT-in baş katibinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu və aparılan danışıqlar prosesi haqqında məlumat verib.
Görüşdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan Respublikası Hökuməti arasında ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi haqqında Anlaşma Memorandumu imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [14:46]
Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO
- 27.09.2026 [14:23]
Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [12:01]
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO
- 27.09.2026 [11:53]
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar
- 27.09.2026 [09:11]
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
- 27.09.2026 [09:00]