Azərbaycan ilə Çexiya arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsi müzakirə olunub
Bakı, 17 may, AZƏRTAC
Mayın 17-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan Çexiyanın “Ceska Zbrojovka Group SE” şirkətinin idarə heyətinin sədri və prezidenti Lyubomir Kovarikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, nazir müavini Azərbaycan ilə Çexiya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Qurumun fəaliyyətindən danışan Yəhya Musayev Azərbaycan MSN-in Çexiyanın müvafiq qurumları ilə hərbi-texniki sahədə əməkdaşlıq etmək üçün daim hazır olduğunu vurğulayıb.
Görüşdə MSN ilə “Ceska Zbrojovka Group SE” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:00]
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
- 05.08.2026 [09:00]
Avqustun 5-i Hərbi Dəniz Qüvvələri Günüdür
- 03.08.2026 [19:21]
Müdafiə Nazirliyində hərbi attaşelərlə görüş olub
- 03.08.2026 [14:46]
Ombudsman Aparatının nümayəndələri hərbi hissədə olublar
- 02.08.2026 [13:12]