Azərbaycan ilə Kuba arasında gənclər və idman sahələrində əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov Kuba Respublikasının Bakıdakı səfiri Alfredo Nieves Portuondo ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Fərid Qayıbov ölkəmizin idman potensialı və dövlət gənclər siyasəti ilə bağlı məlumat verib. Hər iki sahənin dövlətimizin xüsusi diqqəti ilə əhatə olunduğunu deyib.
Səfir Alfredo Nieves Portuondo iki ölkə arasında gənclər və idman sahələrində əməkdaşlıqdan məmnunluğunu bildirib. Diplomat bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinə dair arzusunu ifadə edib.
Görüşdə əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]