Azərbaycan ilə Niderland arasında hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 13-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielsen ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasının və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:07]
Məhərrəm ayının başlanacağı tarix açıqlanıb
- 11.06.2026 [12:20]
Keçmişin izi ilə: Şəmkirin “balaca Almaniya”sına səyahət VİDEO
- 11.06.2026 [09:27]
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 11.06.2026 [08:00]