Azərbaycan ilə Vyetnam arasında enerji sahəsində əməkdaşlıq müzakirə olunub
Bakı, 8 fevral, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazov Vyetnam Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Danq Min Xoyu qəbul edib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib və Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üzrə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Söhbət zamanı iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu qeyd edilib. Azərbaycan və Vyetnam şirkətləri arasında əlaqələrin genişləndirilməsi imkanlarına diqqət yetirilib, neft-qaz sahəsi üzrə perspektiv addımlar nəzərdən keçirilib. Münasibətlərin inkişafı istiqamətində iki ölkə arasında hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdə, həmçinin İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti və Bakıda keçirilən sonuncu iclasdan ötən dövr ərzində görülən işlər nəzərdən keçirilib, növbəti iclasın yaxın dövrdə Vyetnamda keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:18]
Aqrar Xidmətlər Agentliyi gənc mütəxəssislərin inkişafına dəstək göstərir
- 09.10.2026 [15:23]
“AI for Engineers” təlim proqramına müraciətlərin qəbuluna başlanılır
- 09.10.2026 [15:17]
Müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı 89 faizə çatıb
- 09.10.2026 [14:41]
® “PAŞA Bank” həssas qruplardan olan gənclərin inkişafına dəstək göstərir
- 09.10.2026 [14:38]