AZƏRBAYCAN-İRAN NÜMAYƏNDƏLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏKDİR
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 16-da ölkəmizin Cənub qapısı sayılan Astara şəhərində Azərbaycan ilə İran nümayəndələri arasında görüş keçiriləcəkdir.
Görüşdə Astara çayı üzərində sərhəd avtomobil və dəmir yol körpülərinin yerinin seçilməsi, layihələndirilməsi, tikintisi və maliyyələşdirilməsi məsələləri, həmçinin Şimal-Cənub dəhlizinin bir hissəsi olan Ələt-Astara avtomobil yolunun yenidən qurulması, tikintisi müzakirə olunacaqdır.
Tədbirdə Azərbaycanı Dövlət Gömrük Komitəsinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin və Astara Rayon İcra Hakimiyyətinin səlahiyyətli nümayəndələri təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:35]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [16:31]