Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan–İsveçrə münasibətləri: Tərəfdaşlığın yeni inkişaf mərhələsi TƏHLİL

Azərbaycan–İsveçrə münasibətləri: Tərəfdaşlığın yeni inkişaf mərhələsi TƏHLİL

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan ilə İsveçrə arasında münasibətlər uzun illər qarşılıqlı hörmət, etimad və siyasi dialoq prinsipləri əsasında inkişaf edərək çoxşaxəli əməkdaşlıq modelinə çevrilib. İsveçrə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biridir. Bu qarşılıqlı diplomatik əlaqələrin təməlini qoyan mühüm siyasi addımlardan biri kimi səciyyələndirilir. Diplomatik münasibətlərin qurulmasının 35 ilə yaxınlaşması isə əlaqələrin keçdiyi yola nəzər salmaq, əldə olunan nəticələri qiymətləndirmək və gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Xüsusilə İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin Azərbaycana səfəri əlaqələrin dinamik xarakter aldığını göstərir.

AZƏRTAC hər iki ölkənin siyasi dialoqdan iqtisadi əməkdaşlığa, qarşılıqlı investisiyalardan regional və beynəlxalq məsələlər üzrə tərəfdaşlığa qədər geniş spektri əhatə edən dinamik inkişaf mərhələsinə nəzər salır.

Siyasi dialoq münasibətlərin əsas dayağı kimi

Azərbaycan–İsveçrə münasibətlərinin inkişafında müntəzəm siyasi dialoq mühüm rol oynayır. İllər ərzində həyata keçirilən çoxsaylı qarşılıqlı səfərlər və yüksəksəviyyəli görüşlər iki ölkənin bir-birinin mövqelərini daha yaxından öyrənməsinə və ortaq maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparmasına imkan yaradıb. Belə ki, İsveçrə Konfederasiyasının Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassisin AZƏRTAC-a eksklüziv müsahibəsində qeyd etdiyi kimi, İsveçrənin Azərbaycanın müstəqilliyini erkən tanıması ölkələr arasında sıx və davamlı münasibətlərin təməlini qoyub.

İqnasio Kassisin səfəri siyasi dialoqu dərinləşdirmək, iqtisadi əməkdaşlığı gücləndirmək və ortaq maraq doğuran regional və beynəlxalq məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Çünki Azərbaycan üçün İsveçrə Avropanın mühüm siyasi və iqtisadi mərkəzlərindən biri olmaqla yanaşı, beynəlxalq diplomatiyada xüsusi nüfuza malik ölkədir. İsveçrənin neytrallıq siyasəti, beynəlxalq vasitəçilik və dialoq ənənələri, çoxtərəfli diplomatiyada fəal iştirakı onu regional və qlobal məsələlər üzrə mühüm tərəfdaşa çevirir. Azərbaycan isə Cənubi Qafqazın aparıcı dövlətlərindən biri kimi Avropa ilə Asiya arasında nəqliyyat və enerji əlaqələrinin inkişafında mühüm rol oynayır. Bu baxımdan qarşılıqlı siyasi maraqların genişlənməsi iki ölkə arasında əməkdaşlığın yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmamasına, regional və beynəlxalq gündəliyin müxtəlif məsələlərini də əhatə etməsinə şərait yaradır. Əsas məqsədi siyasi dialoqu dərinləşdirmək olan səfər, həmçinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu sübut edir.

Enerji təhlükəsizliyində Azərbaycanın rolu - gələcək əməkdaşlıq üçün yeni yol xəritəsi

Əsas məqsəd artıq mövcud əlaqələri qorumaqla kifayətlənməmək, əldə olunan nailiyyətləri daha da artırmaq və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməkdir. Xüsusilə iqtisadiyyatın şaxələndirilməsi, innovasiya, rəqəmsal texnologiyalar, nəqliyyat və logistika kimi sahələrdə İsveçrə təcrübəsi Azərbaycan üçün maraqlı ola bilər. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının sürətlə dəyişən strukturu və qeyri-neft sektorunun inkişafına yönələn siyasət İsveçrə şirkətləri üçün yeni investisiya imkanları yaradır.

İqnasio Kassisin sözügedən müsahibəsində vurğuladığı kimi, Bretton Vuds institutları çərçivəsindəki əməkdaşlıq münasibətlərin xüsusi istiqamətidir. O, həmçinin bugünkü geosiyasi kontekstdə enerji mənbələrinin və təchizat marşrutlarının şaxələndirilməsi Avropanın təhlükəsizliyi və dayanıqlığı üçün mühüm əhəmiyyət kəsb etdiyinə də diqqət çəkib: “Azərbaycan etibarlı enerji tərəfdaşına çevrilib və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır. Onun töhfəsi yalnız bir təchizatçıdan asılılığı azaltmağa kömək edir, həmçinin daha sabit və şaxələndirilmiş enerji təchizatını təmin edir”.

Beləliklə, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu və qlobal enerji layihələri gələcək əməkdaşlıq üçün yeni yol xəritəsinin formalaşdırılması baxımından öz əhəmiyyətini bir daha təsdiqləyib. Eyni zamanda, Cənubi Qafqazda sülh və sabitlik perspektivlərinin güclənməsi, Azərbaycanın Avropa ilə Asiya arasında nəqliyyat və enerji bağlantılarında rolunun artması, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl transformasiya istiqamətində həyata keçirilən tədbirlər Azərbaycan–İsveçrə əməkdaşlığının gələcək inkişafı üçün yeni imkanlar açır.

Ticarət dövriyyəsinin artması - iqtisadi potensial

Azərbaycan–İsveçrə əlaqələrinin mühüm xüsusiyyətlərindən biri iqtisadi münasibətlərin qarşılıqlı investisiyalar əsasında inkişaf etməsidir. Son 30 il ərzində İsveçrədən Azərbaycana 1,6 milyard ABŞ dolları, Azərbaycandan isə İsveçrə iqtisadiyyatına 2,3 milyard ABŞ dolları həcmində investisiya yatırılması iki ölkə arasında investisiya əməkdaşlığının kifayət qədər balanslı xarakter daşıdığını göstərir. Bu rəqəmlər həm də Azərbaycan və İsveçrə biznes dairələri arasında qarşılıqlı marağın yüksək olduğunu nümayiş etdirir. Azərbaycanın İsveçrəyə investisiya yatırması ölkənin xarici bazarlarda mövqeyinin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin şaxələndirilməsi baxımından əhəmiyyətlidir. İsveçrə investisiyalarının Azərbaycandakı mövcudluğu isə ölkənin biznes mühitinə və uzunmüddətli iqtisadi potensialına olan marağın göstəricisidir.

İsveçrənin Azərbaycan ixracı üçün əhəmiyyətli bazarlardan birinə çevrilməsi də iqtisadi münasibətlərin inkişafında mühüm amildir. Xüsusilə enerji sektorunun aparıcı mövqeyi qorunmaqla yanaşı, qeyri-neft sektorunda ixrac imkanlarının genişləndirilməsi qarşıdakı dövrdə əməkdaşlığın əsas istiqamətlərindən biri ola bilər.

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi siyasəti fonunda kənd təsərrüfatı, qida sənayesi, logistika, nəqliyyat, informasiya texnologiyaları, rəqəmsal iqtisadiyyat və innovasiya kimi sahələrdə əməkdaşlıq üçün geniş imkanlar mövcuddur.

İki ölkə arasında iqtisadi münasibətlərin dinamikasını əks etdirən əsas göstəricilərdən biri ticarət dövriyyəsidir. 2025-ci ildə Azərbaycan ilə İsveçrə arasında ümumi ticarət dövriyyəsinin 1,8 milyard ABŞ dollarına yaxın olması iki ölkənin iqtisadi əlaqələrinin mühüm həcmə çatdığını göstərir. Həmçinin Azərbaycanda 110 İsveçrə şirkətinin qeydiyyatdan keçməsi, onlardan 87-nin aktiv fəaliyyət göstərməsi iki ölkənin biznes əlaqələrinin də real iqtisadi əsaslara söykəndiyinin açıq nümunəsidir.

Beləliklə, Azərbaycan və İsveçrə arasında münasibətlər artıq yalnız ənənəvi diplomatik və iqtisadi əlaqələr çərçivəsində deyil, regional sabitlik, nəqliyyat bağlantıları, investisiya, innovasiya və dayanıqlı inkişaf kimi qlobal gündəlik məsələlər ətrafında da inkişaf edən çoxşaxəli tərəfdaşlıq xarakteri daşıyır. Qarşılıqlı siyasi iradə və mövcud iqtisadi potensialın daha səmərəli şəkildə səfərbər edilməsi isə növbəti illərdə bu tərəfdaşlığın daha da dərinləşməsinə və yeni məzmun qazanmasına imkan yarada bilər.

Müəllif – Aytac Haqverdiyeva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir