Azərbaycan-İtaliya Gənclər Assosiasiyası əlaqələrini genişləndirir VİDEO
Roma, 14 dekabr, AZƏRTAC
Azərbaycan-İtaliya Gənclər Assosiasiyası (AİGA) getdikcə əlaqələrini genişləndirir.
Bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Samir Allahverdiyev ölkənin tanınmış “Festival Corriere Internazionali” təşkilatının jurnalistinə müsahibəsində bildirib.
Diplomat AİGA-nın fəaliyyətinə toxunaraq qurumun qısa müddətdə mühüm işlər gördüyünü bildirib. O deyib: “Əminəm ki, Manuella Sessanın rəhbərliyi ilə AİGA-nın həyata keçirdiyi layihələrin sayı artacaq. Çünki qurumun irəli sürdüyü təşəbbüslər innovativ mahiyyət kəsb edir və gənclərimiz tərəfindən böyük maraqla qarşılanır”.
S.Allahverdiyev deyib ki, AİGA Azərbaycanın müxtəlif institutları, o cümlədən ölkəmizin Təhsil, Gənclər və İdman nazirlikləri ilə münasibətlərini genişləndirərək səmərəli əməkdaşlıq üçün yeni tərəfdaşlar qazanır. Qurum təkcə Romada deyil, İtaliyanın müxtəlif regionlarında azərbaycanlı və italiyalı gənclər arasında əlaqələrin dərinləşməsi istiqamətində tədbirlər keçirir. Azərbaycanın İtaliyadakı səfirliyi bu kimi təşəbbüsləri yüksək qiymətləndirir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [21:39]
Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb
- 15.10.2026 [20:11]
® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim
- 15.10.2026 [20:01]
Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
- 15.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.10.2026 [19:59]
Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
- 15.10.2026 [18:42]