Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası Mingəçevirdə ölkə birinciliyi keçirəcək
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası martın 11-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində ölkə birinciliyi təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, “Gənclər Kuboku” adı altında təşkil olunacaq turnirdə Mingəçevir və Bakıdan olan 2005-2010-cu il təvəllüdlü 80 nəfər yeniyetmə və gənc idmançı ölkə birinciliyi uğrunda mübarizə aparacaq.
Avarçəkənlər akademik, kayak və kanoe növlərində yarışacaqlar. Turnirin qalibləri diplom və medallarla mükafatlandırılacaq.
Qeyd edək ki, mayın 4-dən 7-dək “Prezident Kuboku-2023” beynəlxalq reqatası öncəsi təşkil olunacaq bu yarış həm də idmançıların hazırlıq səviyyəsini yoxlamaq məqsədi daşıyır.
“Gənclər Kuboku”nda fərqlənən idmançılar “Prezident Koboku” beynəlxalq reqatasında iştirak hüququ qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [12:19]
AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb
- 08.06.2026 [11:45]
Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb
- 08.06.2026 [11:39]
Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb
- 08.06.2026 [10:56]
Azərbaycanın stolüstü tennisçisi İsveçdə bürünc medal qazanıb
- 08.06.2026 [10:29]
Bakıda beynəlxalq tennis turnirinə yekun vurulub
- 08.06.2026 [10:27]
Şəhriyar Məmmədyarov Özbəkistandakı turnirə qələbə ilə başlayıb
- 08.06.2026 [10:22]
Azərbaycan pauerliftinqçiləri Avropa çempionatında iki rekordu yeniləyiblər
- 08.06.2026 [06:08]