Azərbaycan karateçisi İslam Həmrəyliyi Oyunlarının finalında
Ər-Riyad, 12 noyabr, Elnur Salahov, AZƏRTAC
Azərbaycan karateçisi İrina Zaretska Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.
AZƏRTAC xəbər verir ki, 68 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda qvineyalı rəqibi Anne Koralie Keytaya 6:3 hesabı ilə qalib gəlib. O, həlledici görüşdə türkiyəli Eda Eltamurla qarşılaşacaq.
Azərbaycanın digər karateçisi Nuran Rzazadə (67 kiloqram) isə 1/16 finalda Özbəkistan idmançısı Abdulvahab Raşidova 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, medal qarşılaşmaları bu gün Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]