Azərbaycan klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib
Bakı, 18 iyul, AZƏRTAC
Azərbaycan futbol klublarının UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, püşk nəticəsində “Neftçi”, “Zirə” və “Qəbələ”nin növbəti mərhələdə üz-üzə gələ biləcəyi kollektivlər bəlli olub.
“Zirə” ikinci təsnifat mərhələsində İsrailin “Makkabi” (Təl-Əviv) komandası ilə görüşlərdən üstün ayrılsa, "Qomel” (Belarus) - “Aris” (Saloniki, Yunanıstan) cütünün qalibi ilə üz-üzə gələcək.
“Neftçi” ikinci təsnifat mərhələsində Kiprin “Aris” komandasını üstələyəcəyi təqdirdə, “Rapid” (Vyana, Avstriya) - “Lexiya” (Qdansk, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
“Qəbələ” Macarıstanın “Fehervar” komandasını keçsə, “Petrokub-Hinçesti” (Moldova) - “Laçi” (Albaniya) cütünün qalibi ilə oynayacaq.
Püşkə əsasən, Azərbaycanın hər üç klubu ilk oyunlarını evdə keçirməlidir.
Qeyd edək ki, üçüncü təsnifat mərhələsinin qarşılaşmaları avqustun 4-də və 11-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]