Azərbaycan klubu Avropa çempionatında iştirak edəcək
Bakı, 4 oktyabr, AZƏRTAC
Antalyada şahmat üzrə kişilər və qadınlar arasında Avropa klub komanda çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, kişilərin və qadınların turnirlərində Azərbaycanın idman şərəfini “Odlar Yurdu” komandası qoruyacaq.
Kişilərin qrupunda 35 komandanın çıxışı gözlənilir. Ölkəmizin kişilərdən ibarət komandasının tərkibinə Arkadi Naydiç, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli, Nicat Abbasov və Azər Mirzəyev daxildir.
Azərbaycanın qadınlardan ibarət komandası aşağıdakı tərkibdədir: Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Aydan Höcətova, Xanım Balacayeva və Zeynəb Məmmədyarova. Qadınların qrupunda 12 komanda toplanıb.
Oktyabrın 7-dən 15-dək İsveçrə sistemi üzrə keçiriləcək Avropa Klub Kuboku 7 dövrədən ibarətdir.
Kişilərdən ibarət komandaların hər birində 6 əsas və 2 ehtiyat oyunçu, qadın komandalarında isə 4 əsas və 1 ehtiyat oyunçu var.
Vaxta nəzarət: ilk 40 gediş üçün 90 dəqiqə, sonra birinci gedişdən başlayaraq hər gedişə 30 saniyə əlavə olunmaqla partiyanın sonuna qədər 30 dəqiqədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]