Azərbaycan Konqreslər Bürosu “PASHA Travel”i öz üzvləri sırasına qəbul edib
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində ölkəmizdə işgüzar turizmin inkişafı üzrə strategiyanın həyata keçirilməsi məqsədilə yaradılan Azərbaycan Konqreslər Bürosu (AKB) “PASHA Travel” şirkətini üzvləri sırasına qəbul edib.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əldə olunan razılaşmadan məmnunluq ifadə edən "PASHA Travel" turizm agentliyinin icraçı direktoru Nataliya Solovyova bu əməkdaşlığın hər iki tərəf üçün böyük perspektivlər açacağına inamını ifadə edib.
Xanım N.Solovyova qeyd edib ki, şirkət cari ilin dekabrın 1-dən rəsmən Azərbaycan Konqreslər Bürosunun üzvləri sırasına qoşulacaq. İnanırıq ki, büronun üzvü olmaqla Azərbaycanın MİCE (biznes turizm) məkanı kimi təbliğində mühüm addım atmış olacağıq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]