Azərbaycan Kubokunda 1/8 finalın daha 3 iştirakçısı bəlli olub
Bakı, 30 oktyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha üç oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, Misli Premyer Liqasında çıxış edən “Şamaxı” doğma meydanda II Liqa təmsilçisi “Şəmkir”lə qarşılaşıb. Şamaxı şəhər stadionunda təşkil olunan qarşılaşma ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb. Digər oyunlarda “Mingəçevir” “Zaqatala”nı 1:0, “Qaradağ Lökbatan” isə “Karvan”ı 3:0 hesabı ilə üstələyib. 1/8 final mərhələsinə yüksələn komandalar bu raundda, müvafiq olaraq, "Səbail", "Araz-Naxçıvan" və "Zirə" ilə qarşılaşacaq.
Günə hazırda davam edən “Şəfa” – “Difai” oyunu ilə yekun vurulacaq.
Qeyd edək ki, bu mərhələnin daha əvvəl keçirilmiş görüşlərində "Turan Tovuz" "Hypers Guba"nı 7:2, MOİK "Şimal”ı 3:1, “Araz -Naxçıvan" "Şahdağ Qusar"ı 4:0, "Kəpəz" "Ağdaş"ı, “Səbail" isə "Dinamo"nu 6:0 hesabı ilə məğlub edərək mərhələ adlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]