Azərbaycan Kubokunda son 11 mövsümün rekordu qeydə alınıb
Bakı, 20 noyabr, AZƏRTAC
“Baku Sportinq” Azərbaycan kubokunda son 11 mövsümün rekorduna imza atıb.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Elman Sultanovun baş məşqçisi olduğu komanda buna I təsnifat mərhələsində nail olub. Bakı klubu evdə “Kürmük Qax”a 6:0 hesabı ilə qalib gəlib. II Liqa təmsilçisi bununla da kubokda ən böyükhesablı qələbə qazanan aşağı liqa komandası olub.
Premyer Liqada çıxış etməyən klubların kubok görüşündə 6 və ya daha çox top fərqi ilə qalib gəlməsinə sonuncu dəfə 2012/13 mövsümünün 1/16 final mərhələsinə təsadüf olunmuşdu. “Baku Sportinq”dən 4042 gün əvvəl - 2012-ci il oktyabrın 24-də “Lokomotiv”lə (Biləcəri) görüşən “Qaradağ Lökbatan” 7 cavabsız qolla qalib gəlib.
Qeyd edək ki, ümumiyyətlə Azərbaycan kubokunda 6 top fərqi 58-ci dəfə qeydə alınıb. Aşağı liqa komandaları isə buna 10-cu dəfə nail olublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [18:23]
Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]