Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan liderlik transformasiyası ərəfəsində: Beynəlxalq ekspertin baxışı

Azərbaycan liderlik transformasiyası ərəfəsində: Beynəlxalq ekspertin baxışı

Bakı, 22 oktyabr, Tamilla Məmmədova, AZƏRTAC

Son illər Azərbaycanın biznes mühiti inkişaf edərək regionda mövqelərini möhkəmləndirir və qlobal miqyaslı ambisiyalar formalaşdırır. Rəqəmsallaşma, daxili istehlakın artımı, idarəetmə modellərinin transformasiyası və gənc istedadların axını unikal imkanlar pəncərəsi yaradır. Bununla yanaşı, yeni çağırışlar da meydana çıxır. Məsələn, şirkətləri kimliyini itirmədən necə genişləndirmək olar? Müasir korporativ idarəetməni necə qurmaq lazımdır? Və ən əsası — təkcə biznesi inkişaf etdirməyi deyil, həm də insanları ruhlandırmağı, dəyişiklikləri idarə etməyi və qlobal investorları cəlb etməyi bacaran yeni nəsil liderləri necə formalaşdırmaq olar?

Bu barədə düşüncələrini AZƏRTAC-a müsahibəsində Direktorlar Şuralarının liderlik, strateji idarəetmə və inkişafı sahəsində beynəlxalq eksperti, “Egon Zehnder” şirkətinin EMEA regionunda (Avropa, Yaxın Şərq və Afrika) istehlak sektoruna dair təcrübə üzrə tərəfdaşı və həmsədri Engin Güven bölüşüb.

– Siz “Egon Zehnder” şirkətində EMEA regionu üzrə istehlakçı sektoru praktikasının tərəfdaşı və həmsədrisiniz. Azərbaycan kimi inkişaf edən iqtisadiyyatlarda istehlakçı sektorunda hansı dəyişiklikləri müşahidə edirsiniz? Güclü idarəetmə komandalarının formalaşması zamanı yerli şirkətlər hansı əsas çağırışlarla üzləşirlər?

– Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrin bazarları istehlakçıların davranışında həqiqətən də heyrətamiz dəyişikliklər dövrünü yaşayır. Rəqəmsal imkanların genişlənməsi və alıcılıq qabiliyyətinin artması ilə insanlar daha tələbkar olurlar, onlara sadəcə məhsul deyil, həm də təəssürat, məna və brendlərə etimad lazımdır. Yerli patriotizm, dayanıqlı inkişafa qayğı və rəqəmsal kommersiya biznesin auditoriya ilə qarşılıqlı əlaqə üsullarını köklü şəkildə dəyişir. Lakin əsas çağırış liderlik və təşkilati yetkinlikdədir. Transformasiya liderlərdən və idarəetmə komandalarından başlayır. Onlar strateji düşünməli, effektiv şəkildə səlahiyyətləri həvalə etməli, çevik şəkildə uyğunlaşmalıdır. Ali rəhbərlik və direktorlar şuraları liderliyin dərinliyinin inkişafına sərmayə qoymalı, rolları və məsuliyyət sahələrini dəqiq müəyyən etməli, biznesin böyüməsinin tempinə əsasən korporativ mədəniyyəti də inkişaf etdirməlidirlər. Mənim Azərbaycan rəhbərlərinə tövsiyəm cəsarətli və razılaşdırılmış qərarlar qəbul edən kollektiv liderlik modelinə doğru irəliləməkdir. Bu, nəzarətdən etimada, intuisiyadan struktura, qısamüddətli problemlərin həllindən uzunmüddətli idarəetmə imkanlarının yaradılmasına keçiddir. Həqiqi tərəqqi təkcə proseslərin dəyişməsi ilə yox, düşüncə və davranış transformasiyası ilə gəlir.

– Sizcə, Azərbaycan beynəlxalq arenada özünü təsdiqləyə biləcək yeni nəsil liderləri yetişdirmək potensialına malikdirmi? Bu prosesdə beynəlxalq məsləhətçilər hansı rolu oynaya bilər?

– Əlbəttə. Böyük potensial var. Mənə dərin ekspertizaya, nəticəyə can atmaq, yeni biliklərə açıq olmaq və ölkəsinə fayda vermək motivasiyasına malik Azərbaycan liderləri ilə tanış olmaq nəsib olub. Gənc nəsil iddialıdır, maraqlıdır, qlobal düşünür. Onların inkişafının açarı təcrübənin zənginləşdirilməsində, müxtəlif liderlik üslubları, beynəlxalq idarəetmə standartları və fərqli düşüncə modelləri ilə təmasda olmaqdadır. Yerli istedadlarla qlobal biliklər arasında körpülər yaratmaq, eləcə də top-menecerlərin öz liderliklərini dərindən dərk edə biləcəyi təhlükəsiz mühitlər formalaşdırmaq çox vacibdir. Biz, beynəlxalq məsləhətçilər kimi bu yolda etibarlı tərəfdaşlar kimi çıxış edir, individual və dərin fərdiləşdirilmiş yanaşmalar vasitəsilə liderlərdə şüurluluq, dayanıqlılıq və başqalarını ruhlandırmaq bacarığını formalaşdırmağa kömək edirik.

Direktorlar şurası və baş direktorlar üçün liderliyin inkişafı təlim kimi deyil, şirkətin gələcəyinə qoyulacaq strateji investisiya kimi qiymətləndirilməlidir. Ən yaxşı təşkilatlar liderlərini sınağa çəkmək üçün böhranı gözləmirlər, onlar sistemli şəkildə kadr ehtiyatını möhkəmləndirir, əməkdaşlara iddialı tapşırıqlar vasitəsilə böyümək imkanı yaradır və artımın, inkişafın biznesin DNT-sinə daxil olduğu müəllimlik mədəniyyəti formalaşdırırlar.

– “Egon Zehnder” şirkəti liderlərin qiymətləndirilməsi və inkişafı sahəsində dərin ekspertizası ilə tanınır. CEO-ların və Direktorlar Şurasının inkişafına dair alətlərinizi və yanaşmalarınızı Cənubi Qafqazın, o cümlədən Azərbaycanın reallıqlarına uyğunlaşdırmaq mümkündürmü?

– Sözsüz. Liderliyin mahiyyəti universaldır, lakin onun təzahürü həmişə kontekstdən asılıdır. Bizim metodikalarımız onilliklər boyu aparılmış qlobal tədqiqatlara əsaslanır, lakin onları mütləq hər bir konkret təşkilatın biznes məqsədlərinə, sahə xüsusiyyətlərinə və mədəni mühitinə uyğunlaşdırırıq. “Hər kəsə eyni ölçü” prinsipli universal həllər işləmir, biz müştərilərlə birgə məhz onların reallığında effektiv liderliyin necə görünməli olduğunu müəyyənləşdiririk, eyni zamanda, qlobal meyarlardan ilham alırıq. Cənubi Qafqaz ölkələrində liderliyin fərqli münasibət ölçüsü var. Belə ki, burada etimad, sadiqlik və hörmət yüksək dəyərləndirilir. Biz bu güclü mədəni cəhətləri əsas alır, paralel olaraq daha çox əməkdaşlıq, səlahiyyətvermə və baxışların müxtəlifliyini təşviq edirik. Məni xüsusilə təsirləndirən odur ki, bir çox azərbaycanlı liderlər ortaq məqsəd olan “ölkəyə fayda vermək istəyi” ilə birləşiblər. Bu milli missiya hissi müasir liderliyin inkişafı üçün güclü əsasdır.

– Sizin təcrübənizdə postsovet ölkələrindən, o cümlədən Azərbaycandan tez-tez müraciətlər daxil olurmu? Bu regionda korporativ idarəetmənin transformasiyasında hansı tendensiyaları müşahidə edirsiniz?

– Biz Azərbaycanda, Qazaxıstanda və Özbəkistanda getdikcə daha fəal işləyirik və korporativ idarəetmədə daha peşəkar, şəffaf və hesabatlı modellərə doğru aydın keçidi görürük. Bu təkamül həm fərdi, həm komanda, həm də təşkilat səviyyəsində yeni liderlik formaları tələb edir. Bu gün Direktorlar Şurası və baş direktorlar daha strateji rol oynamağa başlayırlar. Onlar sadəcə qaydalara əməl edən orqanlar olmaqdan çıxaraq şirkətin məqsədinin, uzunmüddətli baxışının, mədəniyyətinin və liderlik varisliyinin əsl qoruyucularına çevrilirlər. Yaxın keçmişdə həssas sayılan məsələlər olan varisliyin planlaşdırılması, müxtəliflik, əks əlaqə mədəniyyəti bu gün rəqabətqabiliyyətliliyin əsas amilləri kimi qiymətləndirilir. Direktorlar Şurasının sədrlərinə və üzvlərinə məsləhətim budur ki, konstruktiv gərginliyi tərəqqinin bir hissəsi kimi qəbul edin. Menecmentə çağırış edin, lakin, eyni zamanda, onu dəstəkləyin, xarici baxışları daxil edin, şirkətin əsas dəyərlərini isə nəzərdən qaçırmayın. CEO-lara və rəhbərlərə isə tövsiyəm – şuralarla aktiv qarşılıqlı əlaqədə olun. Yaxşı korporativ idarəetmə nəzarət haqqında deyil, daha keyfiyyətli qərarlar və bütün səviyyələrdə daha güclü liderlik üçün şərait yaratmaq haqqındadır.

– Azərbaycan şirkətlərinin “milli çempion” olması və qlobal investorları cəlb etməsi üçün nə tələb olunur?

– “Milli çempion” statusuna gedən yol üç əsas dayağa söykənir: məqsəd, peşəkarlıq və insanlar. Məqsəd mənfəət hüdudlarını aşan uzunmüddətli istəkdir. Bu, əməkdaşları birləşdirən, müştəriləri cəlb edən və investorlar arasında etimad yaradan amildir. Peşəkarlıq korporativ idarəetmə, şəffaflıq və effektivliyin qlobal standartlara uyğun yüksək səviyyəsidir. Və nəhayət, insanlar ən vacib amildir: qlobal düşünən, yerli fəaliyyət göstərən, ləyaqət və dürüstlüklə rəhbərlik edən direktorlar şuraları, baş direktorlar və komandalar. Mən CEO-lar və şuralar üçün xüsusilə varisliyə erkən diqqətin, strukturlaşmış sistemli yanaşmanın və mədəniyyəti strateji aktiv kimi dərk etmənin əhəmiyyətini vurğulamaq istərdim. Ən güclü təşkilatlar liderliyin dəyərlər və ortaq baxış əsasında birləşmiş komandalar arasında bölüşdürüldüyü təşkilatlardır. Lakin hər şey liderlərin özlərindən başlayır. Onlar artan mürəkkəblik şəraitində effektiv olmaq üçün öz liderlik kimliklərini yenidən düşünməlidirlər. Şəxsi inkişafda fərdiləşdirilmiş dəstək bu yolu aydınlıq və inamla keçməyə kömək edir.

– Rəqabət və rəqəmsal transformasiya şəraitində Azərbaycan şirkətlərinə hansı liderlik inkişafı proqramları daha çox fayda verə bilər?

– Ən yaxşı liderlik inkişafı həmişə özünü dərk etmədən başlayır. Yeni alətləri və yanaşmaları mənimsəməzdən əvvəl lider anlamalıdır ki, o, necə idarə edir, hansı maneələrlə üzləşir və onu həqiqətdə nə ruhlandırır. Bu dərk hər hansı davamlı dəyişikliklərin əsasını təşkil edir. Biz liderlərə bu dərketməni müxtəlif ölçülərdə — kompetensiyalar, potensial, dəyərlər və istəklər səviyyəsində inkişaf etdirməyə və onu konkret inkişaf planına çevirməyə kömək edirik. Biz liderlik potensialını dörd əsas keyfiyyətin vəhdəti kimi görürük: maraq, uzaqgörənlik, iştirak və inadkarlıq. Bir çox regional liderlərdə nəticəyə yönəlik güclü meyil müşahidə olunur və bu impuls strukturlaşdırılmış özünütəhlil və aydın inkişaf planı ilə birləşdikdə, həqiqətən transformativ dəyişikliklər baş verir. Azərbaycan şirkətləri üçün ən effektiv proqramlar şəxsi refleksiyanı real biznes tapşırıqlarının həlli ilə birləşdirən, yəni eyni vaxtda həm düşüncə tərzini, həm də daxili dayanıqlılığı inkişaf etdirən proqramlardır.

Əsas inkişaf istiqamətləri bunlardır:

∙ Strateji çeviklik — sistemli düşünmək və innovasiya imkanlarını görmək bacarığı;

∙ İnsan idarəçiliyində liderlik — empatiyanın, kommunikasiya və komanda ilə qarşılıqlı əlaqə bacarıqlarının inkişafı;

∙ Rəqəmsal düşüncə — tədqiqatlara, eksperimentlərə meyil və daimi dəyişikliklər şəraitində rahatlıq.

Top-menecerlər və direktorlar şuraları üçün bu keyfiyyətləri öz davranışlarında nümayiş etdirmək xüsusilə vacibdir. İnsanlar strategiyalara yox, liderlərə tabe olurlar. Rəhbərlər öyrənəndə, düşünəndə və açıq şəkildə inkişaf etdikdə ətrafdakıları da ruhlandırırlar. Məhz bu yolla həqiqi transformasiya başlayır və davam edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır