SİYASƏT
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələrinin inkişafı müzakirə olunub
Pekin, 9 may, AZƏRTAC
Milli Məclisinin deputatı, Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramovun Malayziyada bir sıra görüşlər keçirib.
Ölkəmizin Malayziyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Malayziya parlamentinin Nümayəndələr Palatasının tərkibində fəaliyyət göstərən Malayziya-Azərbaycan dostluq qrupunun rəhbəri Tuan Hacı Aminolhuda bin Hassan və həmin qrupun üzvləri, habelə Xarici İşlər Nazirliyinin çoxtərəfli əlaqələr baş idarəsinin direktoru, nazirliyin baş katibinin müavini Çeonq Loon Lay ilə görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki ölkənin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin önəmi vurğulanıb.
Malayziya Sənayeçilər Federasiyasında, Strateji və Beynəlxalq Tədqiqatlar İnstitutunda keçirilən görüşlərdə isə ölkələrimizin iqtisadi əməkdaşlığının genişləndirilməsinə dair məsələlər müzakirə olunub.
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin