Azərbaycan MDB məkanında peyvənd olunanların sayına görə liderdir
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan MDB məkanında peyvənd olunanların sayına görə liderdir.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin saytına istinadla xəbər verir ki, bu barədə "MDB ölkələrində COVID-19 ilə bağlı vəziyyət haqqında" MDB-nin Statistika Komitəsinin məlumatında deyilir.
Birlik ölkələrində əhalinin vaksinasiyası 2021 ilin yanvar ayında başlayıb. 1 iyul 2021-ci il tarixinə olan məlumata görə, MDB ölkələrində tətbiq olunan dozaların ümumi sayı 57 milyon təşkil edib.
ÜST-nin məlumatı əsasında MDB ölkələrində COVID-19 əleyhinə vaksininin heç olmasa bir dozasını almış əhalinin payı
(əhalinin ümumi sayının %)

Diaqramdan göründüyü kimi, Azərbaycan birincidir, ondan sonra isə Qazaxıstan və Rusiya yer alıblar.
Nazirlər Kabineti yanında Operativ Qərargahının məlumatına görə, hazırda Azərbaycanda koronavirusa qarşı 3 milyon 793 min 533 peyvənd vurulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]