AZƏRBAYCAN MƏKTƏBLİLƏRİNİN QIZIL MEDALLARI
İndoneziyada məktəblilərin 33-cü Beynəlxalq fizika olimpiadasında çıxış edən Azərbaycan komandası vətənə qızıl və gümüş medallarla qayıtmışdır.
İyulun 22-dən 30-dək davam edən olımpiadada Quba özəl türk litseyinin 11-ci sinif şagirdi Tural Bədirxanov, həmin litseyin 10-cu sinif şagirdi Aqşin Heybətov, Dədə Qorqud özəl türk litseyinin şagirdi Zöhrab Niftaliyev qızıl, Quba özəl türk litseyinin 9-cu sinif şagirdi Emil Nurməmmədov isə gümüş medal qazanmışlar.
Maraqlıdır ki, bu yarış idman xarakterli olmasa da, birinci yer tutmuş şagirdlərimizin şərəfinə Azərbaycanın dövlət bayrağı qaldırılmış, himni səsləndirilmişdir.
Respublikamızın nümayəndə heyətinə başçılıq edən təhsil nazirinin müavini İsgəndər İsgəndərov olimpiadanın yüksək səviyyədə təşkil olunduğunu bildirərək demişdir ki, iştirakçıların əksəriyyətinin inkişaf etmiş ölkələrdən olmasına baxmayaraq, həmyerlilərimizin uğurlu çıxışı böyük maraq doğurmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]