Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN MELİORASİYA VƏ SU TƏSƏRRÜFATI AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN SƏDRİ ƏHMƏD ƏHMƏDZADƏNİN ÇIXIŞI

-Möhtərəm cənab Prezident!

Respublikamızın regionlarının sosial-iqtisadi inkişafında və ölkənin ərzaq probleminin həllində meliorasiya və su təsərrüfatı mühüm rol oynayır.

Mürəkkəb iqlim və ağır torpaq şəraitinə malik respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalı, əsasən, 1 milyon 432 min hektar suvarılan torpaqlarda cəmləşmişdir. İstehsal olunan kənd təsərrüfatı məhsullarının 90 faizi bu torpaqlardan götürülür. Ümumi suvarılan sahələrdən 126 min hektarı işğal altındadır.

Respublikada meliorasiya və irriqasiya işlərinin təməli keçən əsrin əvvəllərində qoyulmasına baxmayaraq, onun əsas inkişafı ulu öndərimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1969-1982-ci illərə təsadüf edir. Həmin illərdə suvarılan torpaqlar yüksək texniki səviyyədə inşa edilmiş meliorasiya və irriqasiya fondları ilə təchiz olunmuşdur. Bu torpaqların 609 min hektarında kompleks meliorasiya işləri aparılmışdır.

Hazırda Cəmiyyət tərəfindən ümumi su tutumu 21,5 milyard kubmetr olan 135 su anbarı, 16 hidroqovşaq, 52 min kilometr suvarma kanalı, 30 min kilometr kollektor-drenaj şəbəkəsi, ümumi gücü 712 meqavat olan 941 nasos stansiyası (o cümlədən 131 üzən), 7212 subartezian quyusu, 117 min müxtəlif hidrotexniki qurğu istismar olunur.

Möhtərəm Prezident, iqtisadiyyatımızın bütün sahələrində olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsinə də Sizin böyük diqqət və qayğınızı biz daim hiss edirik. Meliorasiya və su təsərrüfatı sahəsində təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş bir çox layihələr Sizin yaxından köməyiniz və diqqətiniz sayəsində başa çatdırılmış, bir çox layihələr və tədbirlər isə hazırda uğurla həyata keçirilir. Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatındakı, regionların sosial-iqtisadi inkişafındakı və ölkənin ərzaq probleminin həllindəki rolunu nəzərə alaraq, Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması barədə imzaladığınız Fərman, meliorasiya və su təsərrüfatı sahəsində həyata keçirilən layihələrlə tanışlığınız, yerlərdə olarkən su təsərrüfatı tikintilərinə baş çəkməyiniz, “Meliorator günü” peşə bayramının təsis olunması, “Taxtakörpü” su anbarının təməlqoyma mərasimində iştirak etməyiniz Sizin bu sahəyə diqqətinizin bariz nümunəsidir. Bütün bunlar melioratorları daha da ruhlandırır, üzərlərinə əlavə məsuliyyət qoyur və onları daha səylə çalışmağa sövq edir.

Möhtərəm Prezident, Sizin sahəyə diqqətinizin nəticəsi olaraq, 2003-cü illə müqayisədə 2008-ci ildə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 4 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı vəsait qoyuluşu 20 dəfə artmışdır.

Kənd təsərrüfatı əkinlərini fasiləsiz suvarma suyu ilə təmin etmək üçün bütün mövcud imkanlar səfərbər edilmiş, istismar və təmir-bərpa işlərinin səmərəliliyinin yüksəldilməsinə dair tədbirlər işlənib həyata keçirilmişdir. Respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1.318.600 hektar sahədə 3,2 dəfə suvarılmış, o cümlədən 452 min hektarda taxıl, 82 min hektarda pambıq, 478 min hektarda isə yem bitkiləri suvarılmışdır.

Bununla yanaşı, sistemin istismarında müəyyən çətinliklər də vardır. Respublikamızın suvarma şəbəkələrinin əksəriyyəti - 75 faizi 1930-1960-cı illərdə qazılmış torpaq kanallardır. Sistemlər üzərindəki qurğular, beton və nov kanallar uzun illər istismar olunduğundan çox hissəsi aşınmışdır. 90 min hektar əkin sahəsinin su təminatına xidmət edən nov kanallarının bütünlüklə yenidən qurulması və bərpasına ciddi ehtiyac vardır. Su itkilərinin qarşısının alınması üçün suvarmada mütərəqqi texnika və texnologiyaların tətbiqi təmin olunmalıdır.

Keçmiş kolxoz və sovxozlar tərəfindən əvvəllər respublikada hər il 80-100 min hektar sahədə cari yuma aparıldığı halda, bu işlərin həcmi sonradan azaldılmışdır. Torpaq sahibləri, indiki sahibkarlar bu sahəyə diqqəti artırmalıdırlar.

Cəmiyyətin balansında müxtəlif markalı 1104 ədəd torpaqqazan texnika, 2166 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi vardır. Mövcud texnikaların böyük əksəriyyəti istismar müddətini çoxdan başa vurmuş, uzun illər istismar olunduğundan fiziki və mənəvi cəhətdən köhnəlmiş, məhsuldarlığı aşağı düşmüşdür. Bunların 2008-2011-ci illərdə yeniləri ilə əvəz edilməsi məqsədəuyğun olardı.

Möhtərəm Prezident, Sizin Fərman və Sərəncamlarınızla təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramında və Tədbirlər Planında nəzərdə tutulmuş meliorasiya və su təsərrüfatı obyektlərində xarici investisiyalar, Dövlət Neft Fondu və dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına 2007-ci ildə 2006-cı ilə nisbətən 2,7 dəfə çox tikinti, yenidənqurma və bərpa işləri aparılmışdır.

Xarici investisiyalar hesabına əkin sahələrindən duzlu yeraltı suların Xəzər dənizinə axıdılması üçün Baş Mil-Muğan kollektorunun sonuncu - üçüncü 31 kilometrlik hissəsinin qurğularla tikintisi 2006-cı ildə, Samur-Abşeron suvarma sistemində kanalın 50 kilometr hissəsinin və 188 kilometr uzunluğunda təsərrüfatlararası kanalların yenidən qurulması 2007-ci ildə, 67,2 kilometr uzunluğunda Xanarx kanalının tikintisi isə 2006-cı ildə başa çatdırılaraq istismara verilmişdir.

Samur-Abşeron suvarma sisteminə daxil olan və təməli 2007-ci il noyabrın 8-də Sizin tərəfinizdən qoyulmuş ümumi sututumu 268 milyon kubmetr olan “Taxtakörpü” su anbarının və gücü 25 MVt olan su elektrik stansiyasının, Vəlvələçay-Taxtakörpü-Ceyranbatan kanallarının tikintisi hazırda müvəffəqiyyətlə davam etdirilir.

Dünya Bankının krediti ilə 180 min hektar suvarılan sahələrə xidmət edən Araz çayı üzərindəki Bəhramtəpə hidroqovşağının və respublikanın 11 rayonunda təxminən 56 min hektar sahədə suvarma-paylayıcı sistemlərinin təmir-bərpasına başlanılmışdır.

Asiya İnkişaf Bankının krediti ilə 2006-2007-ci illərdə respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, İsmayıllı, Ağsu, Qusar və Astara rayonlarında sel və daşqın təhlükəli çaylarda və Naxçıvan MR-in Şərur rayonunda Araz çayında 31 kilometr uzunluğunda sahilbərkitmə işləri yerinə yetirilmişdir. Bu iş 2008-ci ildə də davam edir.

Əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədi ilə Sizin tapşırığınızla respublikanın müxtəlif rayonlarında, əsasən də, münaqişə zonası ilə həmsərhəd ərazilərdə 2005-ci ildə 47 ədəd, 2006-cı ildə 101 ədəd, 2007-ci ildə 171 ədəd subartezian quyusu qazılıb istifadəyə verilmiş, 2004-2007-ci illərdə 118 kilometr uzunluğunda suvarma kanalları tikilmiş və bərpa edilmişdir. Tovuz rayonunda Tovuzçay və Cəlilabad rayonunda Göytəpə su anbarlarının, Yuxarı Şirvan kanalının Ağsu maşın qolunun, Göyçay, Qazax, Ağstafa, Şəki, Salyan, Ucar, Kürdəmir və digər rayonlarda sugötürücü qurğuların, suvarma kanallarının tikintisi və bərpası işləri davam etdirilmişdir.

Möhtərəm Prezident, Sizin tapşırığınızın icrası olaraq, Füzuli rayonunda qayıdış qəsəbələrində və Laçın rayonunun Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarında məskunlaşmış məcburi köçkün ailələrinə ayrılmış əkin sahələrini suvarma suyu ilə təmin etmək və torpaqların meliorativ vəziyyətini yaxşılaşdırmaq üçün suvarma kanallarının tikintisi və meliorativ işlərin aparılması sürətləndirilmişdir.

Həyata keçirilmiş tikinti, təmir-bərpa və istismar tədbirləri hesabına respublikada son üç ildə 100 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti və 95 min hektar ərazinin su təminatı yaxşılaşdırılmışdır ki, bu da ölkədə pambıqçılığın, taxılçılığın, üzümçülüyün və meyvə-tərəvəzçiliyin inkişaf etdirilməsi üçün əlverişli şərait yaratmışdır.

Möhtərəm cənab Prezident, yeri gəlmişkən bir məsələni də demək istərdim. Meliorasiya, su təsərrüfatı sahəsinin ixtisaslı kadrlarla təmin edilməsi üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində hidromeliorasiya fakültəsinin bərpa edilməsinə, Təhsil Nazirliyinin texniki peşə məktəblərində nasos stansiyaları üçün elektrik maşinistləri, mexanizatorlar, suvarma operatorları və digər peşə kadrlarının hazırlanmasına böyük ehtiyac vardır.

Möhtərəm cənab Prezident, kənd təsərrüfatında əsas istehsal vasitəsi torpaqdır. Torpaqların məhsuldarlığının artırılması, ondan yüksək məhsul götürülməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və sənayenin xammalla təchiz edilməsində, bütün aqrotexniki tədbirlərlə bərabər, torpaqların meliorasiya vəziyyətinin və su təchizatının yaxşılaşdırılmasının əhəmiyyəti çox böyükdür. Sizin göstərişiniz əsasında bu sahədə respublikamızda yaxın illərdə görülməsi tələb olunan vacib işləri əhatə edən “Azərbaycan Respublikasında meliorasiya və su təsərrüfatının 2008-2015-ci illər üzrə davamlı inkişafı Dövlət Proqramı”nın layihəsi müvafiq nazirlik, komitə və digər təşkilatlarla razılaşdırılaraq, təsdiqlənmək üçün Nazirlər Kabineti tərəfindən Sizə təqdim edilmişdir.

Proqramda nəzərdə tutulmuş tikinti və yenidənqurma işlərinin həyata keçirilməsi nəticəsində 2008-2015-ci illərdə ümumi tutumu 772 milyon kubmetr olan 16 su anbarı, 825 kilometr uzunluğunda suvarma kanalları tikiləcək, 43,4 min hektar yeni suvarılan torpaqlar istifadəyə veriləcək, 385 min hektardan artıq suvarılan sahənin su təminatı və 256 min hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılacaq, 118 kilometr qoruyucu bənd tikiləcəkdir. Göstərilən bütün tədbirlər torpaqların məhsuldarlığının yüksəldilməsinə, məhsul istehsalının orta hesabla 1,5-2 dəfə artırılmasına şərait yaradacaqdır.

Möhtərəm Prezident, hazırda suvarma və kollektor-drenaj şəbəkələrinin lildən təmizlənməsi, hidrotexniki qurğuların cari və əsaslı təmiri, sel və daşqına qarşı sahilbərkitmə və məcra nizamlama işlərinin görülməsi, nov kanalların, qışlaqların su təminatı sistemlərinin təmir-bərpa edilərək tam işlək vəziyyətə gətirilməsi, üzən nasos stansiyalarının bərpası, mexanizmlərin və xüsusi təyinatlı nəqliyyat vasitələrinin yeniləri ilə əvəz olunması məqsədi ilə əlavə vəsaitin ayrılması, Samur-Abşeron kanalının üzərində yerləşən nasos stansiyalarının enerji xərclərinin büdcədən ödənilməsi, “Azərsu” Səhmdar Cəmiyyətindən, keçmiş kolxoz, sovxoz və digər su istifadəçilərindən Cəmiyyətə olan ümidsiz debitor borclarının və Cəmiyyətin elektrik enerjisinə olan kreditor borclarının qarşılıqlı şəkildə silinməsi məsələsinin həlli sahənin normal işinin təmin olunmasına böyük kömək edərdi.

Möhtərəm Prezident, respublikanın melioratorları ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi uğrunda və iqtisadiyyatımızın gələcək inkişafı naminə Sizin apardığınız ardıcıl və dönməz quruculuq işlərini yüksək qiymətləndirirlər. Onlar qarşıdan gələn Prezident seçkilərində yekdilliklə Sizin namizədliyinizi dəstəkləyirlər.

Möhtərəm Prezident, qısa vaxt kəsiyində iki dəfə ayrıca su təsərrüfatı, meliorasiya məsələlərinə dair iclas keçirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, “Meliorasiya və Su təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin kollektivi qarşıda duran vəzifələri tam məsuliyyətlə dərk edərək, onların layiqincə yerinə yetirilməsi üçün bütün imkan və bacarıqlarını səfərbər edəcəklər.

Diqqətinizə görə sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib

Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir

AQTA sədri Abşeron rayonunda fəaliyyət göstərən müəssisənin fəaliyyəti ilə tanış olub

YAP-ın azərbaycançılıq ideoloji xətti milli həmrəyliyin əsasıdır – ŞƏRH

Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO

Cəbrayılda Günəş elektrik stansiyalarının tikintisinə icazə müddəti uzadılıb

Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir

Azərbaycan Avrasiyada təhlükəsizliyin və əməkdaşlığın gücləndirilməsində rolunu artırır TƏHLİL

Valideynlər uşaqlarının internetdəki davranışlarını çox vaxt düzgün qiymətləndirmirlər - Tədqiqat

Nurəddin Mehdixanlı: Vahid məktəbli forması şagirdlər arasında bərabərliyi təmin edir

Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir

AQEM: Asiyada iqtisadi bağlantılardan dayanıqlı inkişafa – Azərbaycanın sədrliyinin strateji əhəmiyyəti ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Toplantısı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Donald Tramp: 13 nəfəri qətlə yetirən keçmiş ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq

Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

“Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli 42 nömrəli Qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 dekabr tarixli 434 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

HDQ-nin ehtiyatda olan xüsusi təyinatlısı pusqudan necə çıxmalarından danışıb VİDEO

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyalarının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üçqat dünya çempionu Olimpiya Oyunlarında geyindiyi kostyumu muzeyə bağışlayıb

Naxçıvanda yeni tədris ilində 15 icmaəsaslı məktəbəqədər qrup yaradılıb

Autizmli gənclər iş təcrübələrini bölüşüblər

Şərurda “PeşəFest-2026” baş tutub

Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb

Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir

Sabah 8 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Müəllim: Rəqəmsal texnologiyalardan düzgün istifadə şagirdlərin inkişafı üçün vacibdir VİDEO

Trans-Xəzər fiber-optik kabel xətti Azərbaycanın beynəlxalq rəqəmsal hab kimi mövqeyini gücləndirəcək - ŞƏRH

Fransanın Kan şəhərində terrorizmin və insanlıq əleyhinə cinayətlərin təbliği ilə bağlı araşdırma başlanıb

Fransa beynəlxalq hesabatlarda: Polis zorakılığı, hüquq pozuntuları və artan repressiyalar

Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır

Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları ilk yardım barədə məlumatlandırılıblar

Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb YENİLƏNİB VİDEO

Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir

Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb

Azərbaycana daimi köçən gənclərin sayı 15 faiz artıb, ölkədən gedənlərin sayı 12 faiz azalıb – QRAFİK

Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY

Azərbaycanlı həkim London Kral Həkimlər Kollecinin fəxri adına layiq görülüb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 4 noyabr tarixli 122/09 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları haqqında” 1-yol №-li illik rəsmi statistika hesabatı formasının doldurulmasına dair göstəriş”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Azərbaycanın elmi tədqiqatı Vyanada nüvə enerjisi üzrə beynəlxalq konfransda təqdim edilib

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var YENİLƏNİB VİDEO

Hesablama Palatasında struktur dəyişiklikləri ilə bağlı layihə təqdim olunub

“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub

Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb

Azərbaycan Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında ikinci olub

Taleh Kazımov: Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq iqtisadi dayanıqlılığa töhfə verir

Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir

İqlim dəyişmələri Fransanın 20 tarixi abidəsini məhv olmaq təhlükəsi ilə üzləşdirib

UNEC alimlərinin hazırladıqları məqalə nüfuzlu “Elsevier” nəşriyyatında dərc olunub

I Beynəlxalq İnklüziv Məşğulluq Konfransı çərçivəsində üçüncü panel sessiya təşkil olunub

Xalq şairi Vahid Əziz Şamaxıda tələbələrlə görüşüb