Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan mətbuatının problemləri dünya mətbuatının problemlərindən fərqli deyil

Azərbaycan mətbuatının problemləri dünya mətbuatının problemlərindən fərqli deyil

Strasburq, 29 yanvar, AZƏRTAC 

Mətbuat və onun problemləri hər dəfə olduğu kimi, bu dəfə də Avropa Şurası Parlament Assambleyasının sessiyasında diqqət mərkəzində idi. Mədəniyyət, elm, təhsil və media komitəsinin yanvarın 28-də keçirilən toplantısında Xorvatiyadan olan deputat Qvozden Fleqonun hazırladığı “Avropada mətbuat azadlığının qorunması” adlı məruzə ətrafında ciddi müzakirələr aparıldı.

Müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ölkəmizin mətbuat həyatı üçün əhəmiyyət kəsb edən bir sıra məsələlərə aydınlıq gətirdi. O, əvvəlcə Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi və onun nəşr etdiyi ilk mətbu orqanından danışdı: “Bu il Azərbaycanın mətbuat həyatında son dərəcə əlamətdar hadisə baş verəcək. İyun ayının 22-də Azərbaycan ilk müstəqil qəzetinin yaranmasının 140 yaşını bayram edəcək. 1875-ci ildə birinci nömrəsi işıq üzü görən həmin qəzet “Əkinçi” adlanırdı və qəzetin belə adlanmasında senzuranın təsiri var idi. “Əkinçi” - əkən-biçən, becərən, yetişdirən deməkdir. Biz bu gün keçilmiş yola nəzər salarkən həmin ilk qəzetimizi yaratmış böyük maarifçi Həsən bəy Zərdabinin savad, maarif, mədəniyyət toxumları səpdiyi, yeni düşüncənin, müasirliyin əkinçisi olduğunu düşünərək “Əkinçi” kəlməsini məcazi, rəmzi mənada qavrayırıq. Lakin o vaxt - XIX əsrin sonlarında Azərbaycanın da tərkibində olduğu çar hökuməti azad sözdən ehtiyat etdiyindən yalnız kənd təsərrüfatı, əkin-biçin məsələlərindən yazacaq bir qəzetin buraxılmasına icazə vermişdi. Hərçənd ilk Azərbaycan qəzetinin yaradıcıları bütün məhdudiyyətlərə baxmayaraq, ölkənin və regionun həyatındakı müxtəlif ictimai-siyasi problemlərdən də mütəmadi olaraq söz açmağı bacarmışdılar”.

Rafael Hüseynov müasir mətbuatın üzləşdiyi bəzi problemlərə də toxundu: “Bəs indi vəziyyət necədir? Tam azad mətbuat varmı? Mən bu sualı dilə gətirərkən Azərbaycan və yeni müstəqillik əldə etmiş, azad mətbuatı son on illərdə formalaşan ölkələrdən daha əvvəl Amerika Birləşmiş Ştatlarının, Avropanın köhnə ənənəli mətbuatını nəzərdə tuturam. Mətbuata yaxından bələd olan bir insan kimi tam qətiyyətlə bildirirəm ki, dünyanın heç bir yerində heç vaxt 100 faiz azad mətbuat olmayıb. Sadəcə, sərbəstliyin özünün də hər mətbuat orqanında müəyyən çərçivələri var. Avropa Şurası Parlament Assambleyası və Azərbaycan Milli Məclisinə üzv olmaqdan qabaq 10 il müddətində mən “Amerikanın səsi” radiosunun Azərbaycan üzrə xüsusi müxbiri işləmişəm. Orada da həm mən, həm də həmkarlarım həmişə məhdudiyyətlərin uzun bir siyahısı ilə üz-üzə olmuşuq. Bu günlərdə “The Boston Globe” qəzetində “Azadlıq” radiosunun sabiq direktoru Cefri Gedmin “Mərkəzi Kəşfiyyat İdarəsi bəyan etməlidir ki, jurnalistləri ələ almır” sərlövhəli məqalə ilə çıxış etmişdi. O, bəyan edir ki, MKİ dünyanın müxtəlif ölkələrində jurnalistlərdən təsir agenti kimi istifadə təcrübəsinə malikdir və bir zamanlar hətta “Azadlıq” radiosunu birbaşa bu qurum maliyyələşdirib. Sonra isə həmin radiostansiyanın maliyyələşmə qaynağı dəyişib. Təbii ki, zahiri dəyişikliklər mahiyyəti dəyişmir. Lakin qəribəsi budur ki, bütün bunları yazandan sonra “Azadlıq” radiosunun sabiq şefi iddia edir ki, guya MKİ daha bu işlərlə məşğul olmur və ona görə də bəyanat verməlidir ki, misal üçün Azərbaycanda həbs edilən jurnalist Xədicə İsmayılova onların casusu olmayıb. Aydın məsələdir ki, MKİ Cefri Gedmindən daha ağıllı və əsl həqiqətlərə daha yaxşı bələd olduğundan təxminən etirafa bərabər belə bəyanatı qətiyyən verməz. Son illərdə MKİ-nin bilavasitə özünün və eləcə də ayrı-ayrı beynəlxalq təşkilatlardakı agentlərinin vasitəsilə müəyyən jurnalistləri, hüquq müdafiəçilərini, ictimai fəalları təsir dairəsinə salmasını, onlardan kəşfiyyat məqsədləri ilə istifadə etməsini təsdiqləyən çoxlu faktlar var. Həmin şəbəkəyə daxil olan jurnalist, hüquq müdafiəçisi agentlər müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda ifşa edilərək həbs olunanda isə MKİ beynəlxalq təşkilatlardakı agentura şəbəkəsinin dili ilə bütün bunları demokratiya, söz, mətbuat azadlığına qarşı hücumlar kimi qələmə vermək üçün hay-küylü kampaniyalar başladır. Bu minvalla da ən çox canfəşanlıq edənlər istər-istəməz özləri özlərini ifşa edir, məhz MKİ tərəfindən təlimatlandırıldıqlarının, istiqamətləndirildiklərinin, kənardan idarə olunduqlarının üstünü açmış olurlar. “Azadlıq” radiosunun Bakı bürosunun timsalında Azərbaycan da növbəti dəfə bu arzuolunmaz fəsadlarla qarşılaşmışdır. Azərbaycan kifayət qədər sərbəst, azad KİV-i olan bir ölkədir və ayrı-ayrı xarici xüsusi xidmət orqanları, eləcə də muzdlu, proqramlaşdırılmış riyakar siyasətçilər tərəfindən Azərbaycanın guya mətbuatı azad olmayan ölkə kimi təqdim edilməsi kimi absurd iddialar qəbuledilməzdir. Mahiyyəti etibarilə ölkəyə siyasi təzyiqin, dövlət müstəqilliyi əleyhinə addımların göstəricisi olan belə çirkin hərəkətlərin mətbuat azadlığının qorunması kimi saf bir ideyaya aidiyyəti yoxdur. Avropada mətbuatı və mətbuat işçisini bu gün ilk növbədə onun nüfuzuna ciddi zərbə vuran bu təmayüldən - böyük gücə, geniş əlaqələrə və hüdudsuz təsir imkanlarına malik belə məkrlərdən qorumaq lazımdır”.

Komitə iclasında Rafael Hüseynovun təklifləri əsasında məruzəyə müəyyən dəyişikliklər edildi.

Əsgər Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb

27 Sentyabr həm də milli qürur günüdür - Minskdə şəhidlərimiz yad edilib

Dmitri Solonnikov: 2020-ci il hadisələrindən sonra Cənubi Qafqazda uzunmüddətli dinc inkişaf üçün imkan yarandı

Prezident İlham Əliyevin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb VİDEO

Şəhid anası: Əlihüseyn Vətəninə bağlı oğul idi

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 27 sentyabr

27 Sentyabr Azərbaycan xalqının yaddaşında milli birlik, iradə və qəhrəmanlıq rəmzi kimi yaşayır

Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

“44 gündə yazılan şanlı tarix” - Bolnisidəki soydaşlarımız şəhidləri anıblar

Lerikdə zəlzələ olub

Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət edib

Zəfər yürüşünün başladığı məkanda şəhidlərin xatirəsi anılıb

Türkiyə XİN: “Bir millət, iki dövlət” şüarı ilə qardaş Azərbaycanın yanındayıq

Gürcüstanın Baş naziri: Azərbaycan hökuməti ilə bütün məsələlər dostluq şəraitində müzakirə olunur

Qazaxıstanda yeni müdafiə naziri təyin edilib

Şəhid Elvin Əlimovun anası: Oğlum uşaqlıqdan hərbçi olmaq istəyirdi

Strasburqda şəhidlərimizin xatirəsi ehtiramla anılıb

Türkiyədə Azərbaycanın qəhrəmanlarının xatirəsi yad edilir

Rusiyalı ekspert: 2020-ci il sentyabrın 27-si bütün Cənubi Qafqaz üçün dönüş tarixi oldu

Şəhidlərin xatirəsi Pekində böyük ehtiramla yad edilib

Asiya ölkələri arasında parlamentlərarası əməkdaşlıq genişləndirilir: Düşənbədə mühüm müzakirə

Azərbaycandakı dini konfessiya rəhbərləri Zəfər parkını ziyarət ediblər

Şəhid anası: Balama bənzəmək istəyən şagirdlərimlə təsəlli tapıram

Batumidə şəhidlərin xatirəsi anılıb

Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

27 Sentyabr - Zəfərə aparan 44 günlük yolun başlanğıcı VİDEO

Şəhid pilot Abbas Qasımovun anası: Mən bir oğul itirmədim, 30 illik dostumu, sirdaşımı itirdim

Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Naxçıvanda Anım Günü qeyd olunur, şəhid məzarları ziyarət edilir VİDEO

Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olub VİDEO

Nyu-York şəhərində on minlərlə insan fırtına səbəbindən elektriksiz qalıb

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Bir dəqiqəlik sükut, əbədi ehtiram... VİDEO

Yalçın Rəfiyev: Azərbaycan 2027-ci ildə BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumuna ev sahibliyi etmək niyyətindədir

Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb

27 Sentyabr – Böyük Qələbəyə yol açan tarixi gün

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Qaxda “Şəhidlər qalası” ucaldılıb VİDEO

Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib

Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır

“Əbədi yaşayanlar” - Marneulidə şəhidlərin xatirəsi anılıb

Naxçıvan şəhərində şəhidlərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası təşkil edilib

İran Prezidenti: Məkkə Müdafiə Sazişi müsəlman birliyinə doğru müsbət addım ola bilər