Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Milli Elmlər Akademiyasının bölmə və elmi mərkəzləri hesabat verib

Bakı, 25 yanvar, P.İmanova, AZƏRTAC

Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın prezidenti, akademik Akif Əlizadə gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə baxılıb. Bölmənin elmi müəssisə və təşkilatlarından olan alimlər mühüm elmi nəticələrə dair məlumatları təqdim ediblər.

Sonra Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov bölmənin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətində dövlət proqramları, AMEA prezidentinin sərəncamları, Rəyasət Heyətinin qərarları əsas götürülüb.

Bölmə institutlarında 18 problemi əhatə edən 91 mövzu üzrə 255 tədqiqat işi 461 mərhələdə aparılıb, həmçinin elmi müəssisələrin əməkdaşları tərəfindən bir sıra multidissiplinar elmi-tədqiqat proqramları icra olunub. Qeyd edilib ki, bölmədənkənar tibb müəssisələrində 31 problem, 140 mövzu, 311 işi əhatə edən tədqiqatlar aparılıb, aqrar elm və təhsil müəssisələrində isə 26 problem, 106 mövzu, 296 iş üzrə tədqiqat işləri davam etdirilib. Bölmənin institutlarında 5, tibb sahəsi üzrə 64, aqrar elm və təhsil müəssisələri üzrə 28 elmi nəticənin tətbiq olunduğu vurğulanıb.

Hesabat ilində 402-si xaricdə, onlardan 143-ü impakt faktorlu jurnallarda olmaqla 885 məqalə, 163-ü xaricdə olmaqla 430 tezis, 3-ü xaricdə olmaqla 17 kitab, 10-u xaricdə olmaqla 19 monoqrafiya, 15 dərslik və dərs vəsaiti çap edilib. İnstitutlar tərəfindən 1-i xaricdə olmaqla 10, tibb sahəsində 5-i xaricdə olmaqla 7, aqrar sahə elmi müəssisələrində 5-i xaricdə olmaqla 36 patent alınıb.

AMEA-nın Rəyasət Heyətinin, bölmənin və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə görkəmli alim, tanınmış ictimai xadim, akademik, Əməkdar elm xadimi Cəlal Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib. Bildirilib ki, Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi “Akademik Cəlal Əliyev adına mükafat” konfransın gedişində Beynəlxalq Fotosintez Cəmiyyətinin katibi, professor Culian İton Ray tərəfindən Yaponiyanın Okayama Universitetinin professoru Şen Jian Renə təqdim edilib.

Qeyd olunub ki, keçən il AMEA Rəyasət Heyətinin qərarı ilə Bölmənin Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Cənubi Koreyanın Seul Universiteti ilə müştərək beynəlxalq laboratoriya və akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda immunofiziologiya və eksperimental transplantologiya laboratoriyası yaradılıb.

Bölmə institutlarının əməkdaşlarının 2018-ci ildə müxtəlif respublika və xarici beynəlxalq qrant layihələrində iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və bəzi xarici fondlar tərəfindən maliyyələşdirilən 58 layihə əsasında 32 xarici alimlə birgə tədqiqatlar aparılıb.

Akademik diqqətə çatdırıb ki, elm və təhsilin inteqrasiyası istiqamətində fəaliyyətləri güclənib, hesabat ilində bölmənin institutları ilə respublikanın tədris mərkəzləri arasında əməkdaşlıq davam etdirilib. Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti və başqa ali təhsil müəssisələrinin müvafiq kafedraları ilə əlaqələr genişlənib. 2018-ci ildə doktoranturaya 18, magistraturaya 15 nəfər qəbul olunub, 82 doktorant, 139 dissertant elmi tədqiqatlarını davam etdirib, 14 elmlər və 30 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib, 11 elmlər, 12 fəlsəfə doktorluğu dissertasiyası müdafiəyə hazırlanıb.

İclasda hesabatın təsdiqi və AMEA-nın illik hesabatına əlavə edilməsinə dair qərar qəbul olunub.

Sonra iclasda AMEA Dendrologiya İnstitutunun strukturunda qismən dəyişiklik edilməsi haqqında qərar qəbul edilib.

Tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair bu qurumun direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Yusif Şükürlünün hesabat məruzəsi dinlənilib. Məruzədə ötən il Şəki Regional Elmi Mərkəzinin fəaliyyətində Azərbaycan Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramlarının, AMEA Rəyasət Heyətinin qərarlarının, AMEA rəhbərliyinin sərəncamlarının əsas götürüldüyü vurğulanıb.

Bildirilib ki, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndəki tapşırıqların icrası üzrə AMEA-nın Tədbirlər Planına uyğun olaraq “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”na dair yeni məhsuldar ipəkqurdu cinsləri və hibridlərinin yaradılması, ilkin toxumçuluğun təşkili istiqamətində elmi-tədqiqat işlərinin genişləndirilməsi, baramaçılıq və ipəkçilik sahəsində qabaqcıl təcrübənin, yeni üsul və texnologiyaların öyrənilməsi və tətbiqi, mövcud bağlarda bərpa və yenidənqurma işləri aparmaqla tut (çəkil) ağaclarının məhsuldarlığının artırılması istiqamətlərində tədqiqatlar davam etdirilib.

Y.Şükürlü tut ipəkqurdunun yeni yaradılmış, məhsuldar 2 cins və 2 hibridinin Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edildiyini diqqətə çatdırıb.

AMEA-ya məxsus üç hektar təcrübə sahəsində Çindən gətirilmiş 15 min tut tingindən ibarət plantasiya salındığını deyən alim bildirib ki, həmin tinglərdən götürülən qələm materialı əsasında 3 min tut tingi yetişdirilib. Məruzəçi Bolqarıstandan gətirilmiş süni yemlə bəslənən 3 tut ipəkqurdu hibridi və tut yarpağı ilə bəslənən 2 rayonlaşdırılmış cins üzərində müqayisəli tədqiqatların yerinə yetirildiyini əlavə edib.

Mühüm nəticələr haqqında məlumatları diqqətə çatdıran mərkəzin rəhbəri hesabat ilində yeni istiqamətlər üzrə təsdiq edilmiş iş planlarına uyğun olaraq 8 şöbədə 8 mövzu daxilində tədqiqat işlərinin yerinə yetirildiyini deyib. Vurğulayıb ki, hesabat ilində mərkəz əməkdaşlarının 4-ü xaricdə olmaqla 30 məqaləsi, 7-si xaricdə olmaqla 23 tezisi dərc olunub. Alimlərin 16 beynəlxalq konfransda iştirak etdiyini söyləyən Y.Şükürlü xarici, eləcə də impakt faktorlu jurnallarda əsərlər dərc olunduğunu əlavə edib.

Məruzə dinlənildikdən sonra müzakirələr aparılıb, suallar cavablandırılıb. Rəyasət Heyətinin qərarı ilə hesabat təsdiq olunub, alınmış mühüm nəticələr AMEA-nın illik hesabatına daxil edilib, aidiyyəti üzrə tapşırıqlar verilib.

Sonra iclasda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verilib. Hesabat məruzəsi ilə çıxış edən mərkəzin direktoru, aqrar elmlər üzrə elmlər doktoru, professor Fərman Quliyev qurumun ötənilki elmi fəaliyyət istiqamətlərindən söz açıb. Qeyd olunub ki, mərkəzin əməkdaşları Lənkəran-Astara bölgəsinin floristik tərkibinin öyrənilməsi və müxtəlifliyin qiymətləndirilməsi, nadir bitkilərinin bioekoloji və fitosenotik xüsusiyyətləri, Lənkəran-Astara bölgəsi şəraitində çay, sitrus və subtropik bitkilərin mövcud sort və formalarının toplanması, morfoloji bioloji təsərrüfat xüsusiyyətləri, onların məhv olmaq təhlükəsindən qorunması, bərpa edilməsi, müasir seleksiya baxımından qiymətləndirilməsi, yeni sortların seçilməsi və yaradılması istiqamətlərində elmi-tədqiqat işləri aparıblar. Həmçinin Azərbaycanın cənub-şərq regionunun arxeoloji və numizmatik abidələrinin aşkarlanması, onların xəritələrinin tərtibi, numizmatik fondun və muzeyin yaradılması, numizmatik materialların elmi dövriyyəyə daxil edilməsi, kataloqlaşdırılması və digər istiqamətlərdə elmi-tədqiqatlar həyata keçirilib.

Statistik məlumatları diqqətə çatdıran F.Quliyev bildirib ki, ötən il mərkəzdə 3 mövzu əsasında 2 problem üzrə tədqiqatlar aparılıb, 4 iş başa çatdırılıb.

Qeyd edilib ki, çayın klon seleksiyası üzrə uzun illər aparılan tədqiqat işləri nəticəsində toplanılmış 50-dən çox forma - klonun bir sıra morfoloji, bioloji xüsusiyyətləri, yaşıl yarpaq məhsulunun keyfiyyət göstəriciləri “Azərbaycan-2” çay sortu ilə müqayisə edilərək hərtərəfli öyrənilib.

Alim Lənkəran bölgəsində introduksiya olunan və seleksiya yolu ilə yaradılan limon sort-formalarının yeni “Lənkəran Meyeri” - ağçiçək sortunun alınmasında, naringi sort-formalarının isə qiymətli ilkin material kimi yeni naringi “Karlik tezyetişən” sortunun yaradılmasında istifadə edildiyini diqqətə çatdırıb. Bildirilib ki, yeni sortlar Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim edilib.

Məruzəçi Lənkəran-Astara bölgəsində yabanı floranın və mədəni bitki ehtiyatlarının biomüxtəlifliyinin qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparıldığını və genefondun qorunması üçün təkliflər hazırlanmasını diqqətə çatdırıb.

Hesabat ilində Lənkəran və Lerik rayonu ərazilərində arxeoloji tədqiqatların davam etdirildiyini deyən F.Quliyev yeni abidələrin aşkar olunduğunu söyləyib. Vurğulayıb ki, mərkəzin arxeologiya şöbəsinin nəzdində təşkil olunan arxeoloji fonda daxil edilən tapıntıların bir hissəsi xüsusi ekspozisiyada nümayiş olunur. Cənub-şərq regionunda tapılan, eramızdan əvvəl I əsrdən başlayaraq eramızın XVIII əsrinin sonuna qədərki dövrə aid sikkələrin topoqrafik, tərkib özəllikləri və təyinatları verilərək, elmi dövriyyəyə daxil edilib, sikkə tapıntıları əsasında regionun siyasi və ictimai-iqtisadi durumu şərh olunub.

F.Quliyev bildirib ki, mərkəzin əməkdaşları “Biomüxtəliflik proqramı” çərçivəsində Almaniyanın Bavariya meşələrində praktiki treninqlərdə iştirak ediblər. İranın bir sıra elmi müəssisələri, o cümlədən Əkinçilik Nazirliyinin Gilan vilayətinin Cihad Kənd Təsərrüfatı və Əkinçilik İdarəsi, Əkinçilik Tədqiqat Mərkəzi, Çay Tədqiqat İnstitutu ilə birgə əməkdaşlığa dair müzakirələr aparılıb.

Məruzəyə dair fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb. Hesabatın təsdiq olunması, statistik məlumatların AMEA-nın illik hesabatına daxil edilməsi qərara alınıb, aidiyyəti üzrə tapşırıqlar verilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Psixoloq: Sosial şəbəkə qadağaları yeniyetmələrdə aqressiyaya səbəb ola bilər

Məcburi köçkünlərin mənzil təminatı ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Labubu dünya çempionatının açılış mərasimində iştirak edib

Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib

Agentlik: Bu günədək 85 minə yaxın təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib

Şuşa Bəyannaməsi qardaşlığın yeni tarixi mərhələsidir - ŞƏRH

Hadrut və Qırmızı Bazarda daha 12 ailəyə evlərinin açarları təqdim olunub

ANAMA: Füzulinin Aşağı Əbdürrəhmanlı kəndində aparılan minatəmizləmə əməliyyatları ən çətin proseslərdən biridir

Cari tədris ilində tələbələrin böyük hissəsi təhsil tələbə kreditindən yararlanıb

Şuşa Bəyannaməsi Azərbaycan–Türkiyə müttəfiqliyini yeni qlobal geosiyasi reallığın mühüm faktoruna çevirib - ŞƏRH

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

Ağır travmadan nüfuzlu universitet tələbəliyinə aparan iradə: Oxumasan, işığa çıxmayacaqsan! - REPORTAJ VİDEO

“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb

DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Özbəkistanlı jurnalist: Milli komandamız dünya çempionatında yalnız iştirakla kifayətlənmək niyyətində deyil

Agentlik: Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

“Yüksəliş” müsabiqəsinin 116 qalibindən 25-i Dövlət Proqramı məzunudur

Meşə və əkin sahələrində yanğınların qarşısının alınması istiqamətində görülən işlər nəzərdən keçirilib

Aqrar sahədə yeni mərhələ: Dövlət Proqramı sektorda müasir inkişaf modelini formalaşdırır

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı  REPORTAJ  VİDEO

“Tərs saatın” yaddaşı, Sava ilə Dunayın pıçıltısı və "Ağ şəhər"in nağılı REPORTAJ VİDEO

Emin Hüseynov: Aqrar sahədə yeni inkişaf modeli tətbiq olunur

Bakı Limanında quru yük aşırılması 77 faiz artıb

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Şahmar Mövsümov: Yeni Dövlət Proqramı çərçivəsində təxminən 6 milyard manat investisiya qoyulması gözlənilir VİDEO

Kopernikin təhsil aldığı universitetdə Bakının polyak memarlığı nümayiş olunur

Baş prokuror Nərimanov rayonunda vətəndaşların müraciətlərini dinləyib

“Axios”: ABŞ təyyarələri Vensin İranla saziş imzalayacağı mümkün səfərindən əvvəl Avropaya yola düşəcək

İyunun 15-də “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri fəaliyyət göstərməyəcək

Şuşa Bəyannaməsi Azərbaycanın və Türkiyənin ortaq maraqlarının təzahürüdür

La-Manş tunelinin sahibi Böyük Britaniya hökumətinə qarşı hüquqi mübarizəyə başlayacağını açıqlayıb

Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb

Mert Özdeş: İstanbul Bəyannaməsi yeni geosiyasi reallığı dünyaya elan edən kritik sənəddir

BMU və Çinin Pekin Kimya Texnologiya Universiteti birgə fakültə təsis etdi

Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb

Şuşa sakinlərinə tibbi xidmətlər göstərilib

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə FHN-ə məlumat daxil olmayıb

Media nümayəndələri insan hüquqlarının qorunmasına dair maarifləndirici sessiyada iştirak ediblər

® “TuranBank” gender bərabərliyi və maliyyə inklüzivliyinin təşviqi məqsədilə beynəlxalq fonddan vəsait cəlb edib

Yunanıstan 2027-ci ilin sonunadək Rusiya qazından tam imtina etməyi planlaşdırır

Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər

NATO: ABŞ-nin Avropadakı hərbi gücünü azaltması Alyansı uzunmüddətli perspektivdə gücləndirəcək

Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb

Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub

İçərişəhərdə süni intellektəsaslı həllər tətbiq ediləcək

Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub

Aİ-də yeni miqrasiya və sığınacaq verilməsi qaydaları qüvvəyə minir

Ötən il Türkiyən sənaye sektorunda rekord göstərici qeydə alınıb

TƏBİB tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlərə başlayıb

Xüsusi qabiliyyət imtahanlarının keçirilmə qrafiki açıqlanıb

ATMU-da imtahan sessiyası çərçivəsində “Açıq qapı” günü təşkil olunub

Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib

Avropa İttifaqında yeni sığınacaq qaydaları qüvvəyə minib

TANAP-ın istifadəyə verilməsindən 8 il keçir

Siyasi şərhçi: Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə vizyonunu rəsmiləşdirib

İslam mərasimlərinin folklor semantikası: mənəvi kamillik və sosial həmrəylik

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə əlaqələrinin genişlənməsinə töhfə verməkdədir - Türk jurnalist

Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir

“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib

“Səməd Vurğun poeziyasının dili” mövzusunda elmi sessiya təşkil olunub

Qəbələdə zəlzələ olub

Mis qiymətləri üçhəftəlik ən aşağı səviyyədən yüksəlir

Humanoid robotlar sürətlə inkişaf edir

UNEC-də “Məzun platforması” istifadəyə veriləcək

Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb

NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub

Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub

Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir

Beynəlxalq tədbirdə Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı görülən işlərdən danışılıb

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

İsmayıllıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib - YENİLƏNİB VİDEO

Ramil Həsən: TÜRKPA türk dövlətləri arasında əlaqələrin inkişafında mühüm rol oynayır

Azərbaycan Universiteti RUR beynəlxalq reytinqində mövqeyini yaxşılaşdırıb

Bəşir Hacıyev: Kəlbəcərdə arıçılıq, heyvandarlıq və əkinçilik üzrə sahibkarlıq təşəbbüsləri genişləndirilir

Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026-2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB VİDEO

Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının 2026-2030-cu illər üzrə inkişafı müzakirə edilib - YENİLƏNİB VİDEO

Şuşa Bəyannaməsi: beş ildə təsdiqini tapan tarixi qərar - ŞƏRH

Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq

Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb

İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məşkunlaşma Fondu yaradılır

Rejissor Aynur Zərrintac: Ölkədə mədəniyyətin və incəsənətinin inkişafında özəl teatrların rolu son dərəcə vacibdir

Psixoloq: Sosial şəbəkələr uşaqların diqqət və konsentrasiya qabiliyyətinə təsir edir

Rafiq Aslanov: Qarabağda su və torpaq ehtiyatlarından daha səmərəli istifadə üçün geniş infrastruktur layihələri icra olunur

Bakıda keçirilmiş WUF13 Çin mediasında geniş işıqlandırılıb

Seymur Səfərli: Dövlət Proqramı çərçivəsində güzəştli kreditlər və faiz subsidiyaları nəzərdə tutulur VİDEO

Seymur Səfərli: Dövlət Proqramı çərçivəsində güzəştli kreditlər və faiz subsidiyaları nəzərdə tutulur VİDEO

Məşhur rəssam Devid Hokni vəfat edib

Vellinqton hava limanında yanğın: sərnişinlər terminaldan təxliyə edilib

“Şirvan Aqro”: İlin sonunadək südlük istiqamətdə inək və düyələrin sayının 3200 başa çatdırılması planlaşdırılır

Azərbaycan avarçəkəni Avropa çempionu olub

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair qanun layihəsi ilk oxunuşda qəbul olunub

"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır VİDEO

"Göyçay-Süd" ASC Laçında yeni emal zavodu tikməyi planlaşdırır VİDEO

Xəzər rayonunda 13 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Fermer təsərrüfatının direktoru: Heyvandarlıq və müasir suvarma sahəsinə 10 milyon manat investisiya qoyacağıq VİDEO

Fermer təsərrüfatının direktoru: Heyvandarlıq və müasir suvarma sahəsinə 10 milyon manat investisiya qoyacağıq VİDEO

Azərbaycan-Türkiyə münasibətləri "ortaq inkişaf və qarşılıqlı güclənmə” modelinə əsaslanır Rəy

Fransada inflyasiya artıb

İsveç Müdafiə Komitəsi Rusiya ilə NATO arasında mümkün hərbi toqquşma riskindən danışıb

Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənd Azərbaycanın əsas aqrar-investisiya mərkəzinə çevriləcək

Məcnun Məmmədov: Ekstensiv əkinçilikdən intensiv əkinçiliyə keçid təşviq ediləcək

“Mehr”: İran müəyyən şərtlər yerinə yetirilmədən nüvə danışıqlarına başlamayacaq

Ərzaq təhlükəsizliyinin təminatında 2026-2030-cu illər Dövlət Proqramının rolu: yeni çağırışlar və hədəflər

Şuşa Bəyannaməsi Cənubi Qafqazın yeni təhlükəsizlik arxitekturasında mühüm rol oynayır ŞƏRH

Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin VİDEO

AQTA sədri sahibkarlara müraciət edib: Məhsullarınızı Çin bazarına yönəldin VİDEO

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir VİDEO

İlhamə Qədimova: Məhsuldarlığın maksimum artırılması aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir VİDEO