Azərbaycan millisi Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirib
Bakı, 19 sentyabr, AZƏRTAC
Bu gün futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirib.
AZƏRTAC xəbər verir ki, Aktau şəhərində keçirilən oyun Qazaxıstan millisinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.
Azərbaycan millisinin heyətində Ramiz Çovdarov dubl edib, Rafael Vilela bir qol vurub.
Qeyd edək ki, yığmalar arasında növbəti oyun sentyabrın 20-də təşkil olunacaq.