İDMAN
Azərbaycan millisinin sabiq baş məşqçisi Monteneqro yığmasında
Bakı, 3 fevral, AZƏRTAC
Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Monteneqro yığmasına rəhbərlik edəcək.
AZƏRTAC Monteneqro Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssislə birillik müqavilə imzalanacaq.
Xorvatiyalı çalışdırıcı fevralın 4-də sözügedən ölkəyə yollanaraq sözləşməyə qol çəkəcək. Onun yeni komandası ilə debütü Belarusla yoldaşlıq matçına təsadüf edəcək. Qarşılaşma martın 21-də Antalyada keçiriləcək.
Hazırda “Qarabağ”da çıxış edən Marko Veşoviç və Marko Yankoviç də Monteneqro milli komandasının üzvləridir.
Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.10.2024 [14:58]
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu bürünc medal qazana bilər
- 11.10.2024 [14:40]
“Arsenal”ın hücumçusu Yunanıstanla oyunda zədələnib
- 11.10.2024 [13:35]
Üçqat NBA çempionu karyerasını bitirib
- 11.10.2024 [13:33]
Gənclər və İdman Nazirliyində Məsut Özillə görüş keçirilib
- 11.10.2024 [13:04]
Misli Premyer Liqasının üç klubu cərimələnib
- 11.10.2024 [12:40]