Azərbaycan millisinin üzvü Superfinalın ən yaxşı futbolçusu seçilib
Bakı, 26 may, AZƏRTAC
Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində (EBSL) qrup ikincisi olaraq Superfinala vəsiqə ilə yanaşı, gümüş medal qazanıb.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, millimizin oyunçusu Orxan Məmmədov turnirin ən yaxşı futbolçusu seçilib. Ramil Əliyev isə 5 qolla bombardir olub.
Superfinal sentyabrın 7-14-də İtaliyada keçiriləcək. Yarışda ilk iki yeri tutacaq komandalar növbəti mövsüm A Liqasında çıxış edəcək.