Azərbaycan minifutbol millisinin baş məşqçisi: Komandam İngiltərəyə qarşı layiqli mübarizə apardı
Bakı, 29 may, AZƏRTAC
Qələbə münasibətilə Azərbaycan xalqını təbrik edirəm.
AZƏRTAC xəbər verir ki, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Bakıda keçirilən dünya çempionatının 1/4 final mərhələsində İngiltərəyə qalib gələrək yarımfinala yüksəlmələri barədə danışarkən deyib.
O, komandasının layiqli şəkildə mübarizə apardığını bildirib: "Gözəl oyun nümayiş etdirdik. Hər mərhələ keçdikcə güclü rəqiblər qarşımıza çıxır.
Sabah yarımfinalda Monteneqro ilə üz-üzə gələcəyik. Yalnız qələbə düşünürük".
Qeyd edək ki, Azərbaycan seçməsi növbəti raundda Monteneqro ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]