Azərbaycan-NATO hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Bakı, 9 mart, AZƏRTAC
Martın 9-da müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan NATO-nun Quru Qoşunları Komandanlığının qərargah rəisi general-leytenant Mustafa Oğuz ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Baş Qərargah rəisi qonağı salamlayaraq Azərbaycan ilə NATO arasında əlaqələrin inkişaf etdiyini, habelə Azərbaycan Ordusunun nümayəndələrinin NATO-nun müxtəlif proqramları çərçivəsində fəal iştirakını qeyd edib.
Görüşdə NATO-nun əməliyyat imkanları konsepsiyası çərçivəsində Şimali Atlantika Alyansının bölmələrimizin hazırlığına verdiyi töhfə yüksək dəyərləndirilib, həmçinin mövcud və yarana biləcək təhdidlərə qarşı birgə fəaliyyət istiqamətləri müzakirə edilib.
General-leytenant M.Oğuz ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini, o cümlədən sülhməramlı missiyalarda nümayiş etdirdiyi peşəkarlığını yüksək qiymətləndirib.
Sonda NATO ilə əməkdaşlığın müxtəlif sahələrində inkişaf perspektivləri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2025 [15:33]
Türkiyə Milli Müdafiə Universitetinin nümayəndə heyəti Naxçıvana səfər edib
- 16.05.2025 [17:06]
Hərbi vəzifəlilərlə praktiki məşğələlər keçirilir
- 16.05.2025 [13:45]
Bakıda Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşüb
- 16.05.2025 [12:33]
Hərbi xidmətdə yaş həddi tətbiq olunmayan şəxslərin dairəsi genişləndirilir
- 16.05.2025 [12:03]
MN: Silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib
- 15.05.2025 [15:26]
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
- 14.05.2025 [11:47]
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
- 14.05.2025 [08:33]
Azərbaycan Ordusunun mövqeləri müxtəlif istiqamətlərdən atəşə tutulub
Almaniyanın Azad Demokratlar Partiyasının yeni sədri seçilib
- 16.05.2025 [23:57]
Prezident İlham Əliyevin Albaniyaya səfəri başa çatıb
- 16.05.2025 [22:40]
Rauf Hacıyevin 103 illiyinə həsr olunmuş kitab təqdimatı keçirilib
- 16.05.2025 [22:06]
Ağstafada yol qəzası olub, xəsarət alan var
- 16.05.2025 [21:34]
DİM: “Təqdimat bacarıqlarının inkişafı” mövzusunda təlim təşkil edilib
- 16.05.2025 [21:33]
Azərbaycan məktəbliləri ABŞ-da keçirilən müsabiqədə bürünc medal qazanıb
- 16.05.2025 [21:02]
Türküstanda “Yəsəvi İrsi”nə həsr olunmuş beynəlxalq simpozium təşkil edilib
- 16.05.2025 [20:09]