AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TBİLİSİDƏ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndə heyəti yanvarın 11-də Tbilisiyə gəlmişdir. Səfər 1920-ci il yanvarın 11-də Paris sülh konfransının Ali Şurası tərəfindən AXC-nin tanınmasının ildönümünə həsr olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Yaradıcıları Varisləri Təşkilatı üzvlərinin də daxil olduğu nümayəndə heyəti səfərin ilk günü Azərbaycanın Gürcüstandakı səfirliyində, M.F.Axundovun, N.Nərimanovun ev-muzeylərində olmuş, Tbilisinin Nəbatat bağında Azərbaycanın ictimai və siyasi xadimlərinin məzarlarını ziyarət etmiş, gül-çiçək qoymuşlar.
Sonra onlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan edildiyi binaya – Tbilisinin Məktəblilər Sarayına gəlmiş, buradakı xatirə lövhəsinin önünə əklil qoymuşlar.
Yanvarın 13-də nümayəndə heyəti üzvlərinin Gürcüstanın mədəniyyət, abidələrin mühafizəsi və idman nazirinin müavini Tamara Kvariani ilə görüşü planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:56]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:43]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:33]
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
- 08.10.2026 [13:24]