AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN KİYEVDƏKİ ABİDƏSİNİ ZİYARƏT ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, MDB Parlamentlərarası Assambleyası Şurasının (PAŞ) iclasında iştirak etmək üçün Ukrayna paytaxtına gələn Azərbaycan Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə və Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı daimi nümayəndəsi Aydın Cəfərov ümummilli liderimiz Heydər Əliyevin Kiyevdə, ölkəmizin səfirliyinin yaxınlığındakı bağda ucaldılan abidəsi önünə əklil qoymuşlar.
Parlamentimizin nümayəndə heyəti sonra İrpen şəhərinə gedərək, xalqımızın görkəmli qızı, akademik Zərifə xanım Əliyevanın abidəsini də ziyarət etmiş, gül-çiçək qoymuşdur.