AZƏRBAYCAN NÜMAYƏNDƏLƏRİ YENİYETMƏLƏRİN BEYNƏXALQ İDMAN OYUNLARINDA İŞTİRAK EDƏCƏKLƏR
Bu il iyunun 15-23-də Moskvada Rusiya paytaxtı hökumətinin təşəbbüsü ilə MDB və Baltikyanı ölkələrin Yeniyetmələrin beynəlxalq idman oyunları keçiriləcəkdir. Bunu fevralın 13-də Moskva meriyasında keçirilən mətbuat konfransında merin birinci müavini Lyudmila Şvetsova bildirmişdir. O demişdir ki, tədbirin keçirilməsi MDB-nin Hökumət Başçıları Şurası tərəfindən bəyənilmiş və bütün dövlətlər bu yarışlarda iştirak etmək istədiklərini açıqlamışlar.
Təşkilat komitəsinin üzvü, Moskva İdman Komitəsinin sədri Sergey Korol AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, bu yarışlarda Azərbaycan idmançıları da mübarizə aparacaqlar. Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyi ilə ilkin razılaşmaya görə, respublikamızı 18 yaşınadək olan 148 yeniyetmə idmançı təmsil edəcəkdir. Onlar idmanın 12 növündə yarışacaqlar.
Oyunlarda 5800 idmançının iştirak edəcəyi gözlənilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:00]
UEFA Millətlər Liqası: Litva - Azərbaycan oyunu başlayıb
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]
Azərbaycanın akrobatika gimnastları dünya çempionu olublar – YENİLƏNİB
- 26.09.2026 [20:21]