Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası çərçivəsində növbəti tədbir keçirilib

Bakı, 4 iyun, AZƏRTAC 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə “Səninlə fəxr edirik, Azərbaycan əsgəri!” devizi altında keçirilən Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulanların sayı gündən-günə artır.

AZƏRTAC xəbər verir ki, iyunun 4-də aksiya çərçivəsində Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində təşkil edilən Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kursantları ilə görüşdə UNEC-in professor-müəllim heyəti və tələbələri ilə yanaşı, aksiyaya qoşulan Xalq şairi Vahid Əziz, universitetin məzunlarından Xalq artisti Niyaməddin Musayev və Əməkdar artist Nizami Abdullayev də iştirak ediblər.

Aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev muzey-lektoriyasında Ulu Öndərin həyat və fəaliyyətinə, ordu quruculuğundakı müstəsna xidmətlərinə həsr olunmuş ekspozisiya ilə tanış olublar. Sonra iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsi yad olunaraq, abidəsi önünə gül dəstələri düzülüb.

Qeyd edilib ki, 1994-cü il mayın 9-da bu abidənin açılışına həsr olunmuş təntənəli mərasimdə xalqımızın ümummilli lideri Heydər Əliyev şəxsən iştirak edib və kursantlar qarşısında geniş nitq söyləyib. O vaxt əbədiyaşar Ali Baş Komandan gələcəyin zabitlərinə müraciət edərək deyib: “Hərbi peşə, zabitlik peşəsi, Vətəni müdafiə işi müqəddəsdir... İstəyirəm ki, siz də həyatda yüksəlməkdə də, xalqı və Vətəni sevməkdə də, yeri gələrsə, haqq işi uğrunda canından keçməyi bacarmaqda da Həzi Aslanova oxşayasınız”.

Gələcəyin kursantları Ulu Öndərin arzularını həmişə həqiqətə çevirib və bu gün də Heydər Əliyev ideyalarına sadiqdirlər. Bu təhsil ocağından pərvazlanan on nəfər Azərbaycanın Milli Qəhrəmanı adına, 20 nəfərdən çoxu isə general və ya admiral ali hərbi rütbələrinə layiq görülüblər.

Xalqımızın haqlı olaraq “Heydər Əliyev məktəbi” adlandırdığı Hərbi Liseyin kursantları aksiya iştirakçılarını “Naxçıvanskilər marşı”nı ifa edərək qarşılayıblar.

Ulu öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni ifa olunub. Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin hazırladığı aksiyanın təntənəli açılışı və cəbhə bölgələrində, ayrı-ayrı hərbi hissələrdə keçirilən tədbirlərlə bağlı videoçarx nümayiş etdirilib.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Azərbaycan əsgərinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, o cümlədən vətənpərvərlik hissinin daha da yüksəldilməsində bu layihənin əhəmiyyətindən danışaraq, UNEC-in rəhbərliyinə minnətdarlığını bildirib.

Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov aksiya iştirakçılarını salamlayıb, bugünkü tədbirin həm kursantların, həm də qonaqların xatirindən uzun müddət silinməyəcəyinə əminliyini bildirib.

UNEC-in tələbələrlə iş üzrə prorektoru, iqtisad elmləri namizədi, dosent Səadət Qəndilova Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasının nəinki hərbçilərin, eləcə də universitetin 20 min nəfərlik kollektivinin də vətənpərvərlik hissinin, işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə, respublikamızın ərazi bütövlüyünün tam bərpa olunacağına inamının daha da artmasına səbəb olduğunu vurğulayıb, kursantlara məsləhətlərini verib, onlara təhsildə uğurlar arzulayıb.

Hələ sovet ideologiyasının tüğyan etdiyi dövrdə analoqu olmayan belə hərbi məktəbin əsasını qoymuş dahi rəhbər Heydər Əliyevin “Mən sizə baxaraq Azərbaycanın gözəl gələcəyini görürəm” sözləri ilə kursantlara müraciət edən filologiya elmləri doktoru, professor Afət Abbasova deyib: “Mən ilk dəfədir ki, Hərbi Liseyin kursantları arasındayam. Sevincimin həddi-hüdudu yoxdur. Tədbirdə Azərbaycanın gələcək sərkərdələri iştirak edirlər. Həqiqətən burada təhsil almaq, gənc yaşlarından əsgər libası, çəkməsi geyib hərbin çətin, həm də şərəfli yollarında ilk kövrək addımlar atmaq hər kəsə nəsib olmur. Siz yeniyetmə ikən taleyinizi Vətənə xidmət peşəsinə həsr etmisiniz. İnanıram ki, ordumuzda ən ali hərbi rütbələrə, ən böyük vəzifələrə yüksələcəksiniz. Bütün peşələr gözəldir. Ancaq bu gün Vətənimizə hərb yolunu seçən sizin kimi igid oğullar daha çox lazımdır. Uğur olsun, əziz balalar!”.

Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Prezidentin müvafiq Sərəncamı ilə bir neçə gün öncə Xalq şairi fəxri adına layiq görülmüş Vahid Əziz Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasına qoşulan ilk şairlərimizdəndir. Onun alovlu çıxışı və vətənpərvərlik ruhunda oxuduğu şeirlər alqışlarla qarşılanıb.

UNEC-in Rus İqtisad Məktəbinin direktoru, iqtisad elmləri namizədi, dosent Mənsur Bərxudarov, iqtisadiyyat fakültəsinin dekanı, iqtisad elmləri namizədi, dosent Asiman Quliyev, ekspertiza və standartlaşdırma fakültəsinin dekanı, texnika elmləri namizədi, dosent Tofiq Osmanov, Elektron İdarəetmə Mərkəzinin direktoru, fizika-riyaziyyat elmləri namizədi, dosent Zöhrə Həsənova, hüquq şöbəsinin müdiri Kəmalə Bünyadova, tələbələrdən Rüfət Süleymanlı, Yusif Cəfərzadə, Mina Ələsgərova, Yasin Məmmədov, Nərmin Heydərova və İslam İsmayılov regionun ən güclü ordusu olan Azərbaycan Silahlı Qüvvələri ilə fəxr etdiklərini bildiriblər. Çıxışlarda Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Aprel və Günnüt əməliyyatlarında qazanılan zəfərlər, atəşkəs rejimini intensiv olaraq pozan Ermənistan silahlı qüvvələrinin təxribatlarının qarşısını mərdliklə alan döyüşçülərimizin qəhrəmanlıqları qürurla xatırlanıb. Natiqlər xalqımızı “Hər şey Ordu üçün, hər şey Qələbə üçün!” şüarı altında birliyə, həmrəyliyə səsləyib və gənc “Naxçıvanskilər”ə böyük orduya gedən yollarda büdrəməməyi arzulayıb, onları Ramazan bayramı münasibətilə təbrik ediblər.

1970-1980-ci illərdə universitetin məzunları olmuş Xalq artisti Niyaməddin Musayev və Əməkdar artist Nizami Abdullayev Azərbaycan Ordusuna mənəvi dəstək aksiyasında sevimli ali məktəblərinin professor, müəllim və tələbələri ilə bir yerdə kursantlar qarşısında çıxış etdiklərindən fərəh hissi keçirdiklərini deyib və qələbəyə səsləyən mahnılarla kursantları sevindiriblər.

Sonra UNEC-in professor-müəllim və tələbə heyətinin Azərbaycan əsgərinə müraciəti oxunub.

Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi - Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev aksiya iştirakçılarına Müdafiə Nazirliyinin rəhbərliyi adından minnətdarlığını bildirib və belə vətənpərvərlik tədbirlərinin şəxsi heyətin mənəvi tərbiyəsində mühüm rol oynadığını qeyd edib.

Tədbir Üzeyir Hacıbəylinin “Cəngi” musiqisinin sədaları altında başa çatıb.

UNEC-in Qadınlar Şurasının fəalları sabah Murovdağa yola düşəcək və Ramazan bayramını mətin əsgərlərimizlə birlikdə ön səngərdə qeyd edəcəklər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Xaçmazda iki avtomobil toqquşub, üç nəfər ağır xəsarət alıb

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb