Azərbaycan Ordusunda andiçmə mərasimləri keçiriləcək
Bakı, 7 avqust, AZƏRTAC
Azərbaycan Respublikası müdafiə nazirinin tapşırığına əsasən, avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasimlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayacaq. Sonra gənc əsgərlər təntənəli surətdə Vətənə sədaqət andı qəbul edəcəklər.
Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçəcək.
Xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınmaqla andiçmə mərasiminin, eləcə də gənc əsgərlərin sosial məişət şəraitinin işıqlandırılması, hərbi qulluqçulardan müsahibələrin alınması və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurmaları üçün şərait yaradılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.06.2026 [18:29]
Azərbaycanın və Belarusun hərbi hüquqşünaslarının işgüzar görüşü olub
- 03.06.2026 [17:17]
DSX-nin Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
- 02.06.2026 [19:54]
Müdafiə naziri Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə olub
- 31.05.2026 [14:37]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 28.05.2026 [17:25]