Azərbaycan Ordusunda səmti müəyyənetmə yarışları keçirilir
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Ordusunda hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışları keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ayrı-ayrı qoşun növləri, xüsusi təyinatlı hərbi təhsil müəssisələri və hərbi hissələrdən yarışlara cəlb olunan iştirakçılar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayaraq fərdi birincilik uğrunda mübarizə aparır.
Qeyd edək ki, yarışın nəticələri Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri tərəfindən qiymətləndiriləcək.