Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan polisi cinayətkarlığın qarşısının alınmasında innovativ üsullardan geniş istifadə edir - Açıqlama

Azərbaycan polisi cinayətkarlığın qarşısının alınmasında innovativ üsullardan geniş istifadə edir -  Açıqlama

Bakı, 3 iyul, AZƏRTAC

İyulun 2-də Azərbaycan Polisinin yaranmasından 105 il ötür. Bu əlamətdar tarixin qeyd olunması da məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Prezidentliyi dövründə daxili işlər orqanlarının fəaliyyətini daim diqqət mərkəzində saxlayan Ümummilli Liderin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü kimi elan olunub. Ötən 105 ildə Azərbaycan Polisi şərəfli, keşməkeşli və zəngin xidmət yolu keçib, dəyərli ənənələr yaradıb. Xüsusən Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə daxili işlər orqanlarının fəaliyyəti yüksək səviyyədə təşkil olunub, milli ruhlu vətənpərvər kadrlarla möhkəmlənməsi sahəsində mühüm işlər görülüb.

Bu barədə AZƏRTAC-a açıqlamasında Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

O xatırladıb ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Azərbaycan Polisinin əsas vəzifəsi ictimai qaydaların qorunması, eyni zamanda, ölkəni xarici müdaxilələrdən müdafiə etmək və cinayətkarlığa qarşı mübarizə olub. SSRİ dövründə Azərbaycanın Daxili İşlər Nazirliyi və ona bağlı orqanlar yüksək peşəkarlığı ilə seçilib. Ümummilli Liderin hakimiyyətə gəlişinin birinci dövründə, xüsusilə də 1960-cı illərin sonundan başlayaraq polisin həyatında yeni dönəm başlayıb. Nəhayət, Ermənistanın Azərbaycana hərbi təcavüzü, Qarabağda separatçı qüvvələrin gücləndiyi, vətəndaş müharibəsinin müşahidə olunduğu və ölkəmizin müstəqilliyinin ilk illərində polisin üzərinə daha ağır yük düşüb. Azərbaycan Polisi həmin dövrdə də çox böyük fədakarlıq nümayiş etdirərək separatçıların və bəzi ərazilərdə erməni terrorçularının fəaliyyətinin qarşısını aldı. Birinci Qarabağ savaşında Azərbaycan Polisi ön cəbhədə savaşdı və 1700-ə yaxın polis əməkdaşı Vətən uğrunda şəhid oldu. Həmin dövrdə sərhədlərimizin qorunması zamanı xüsusi xidmətləri ilə seçilən çoxsaylı polis əməkdaşları, Daxili Qoşunların əsgər və zabitləri fəxri adlara, orden və medallara layiq görüldü. Hətta bəzilərinə Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışı dövründə də polisin fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Bu dövrdə Azərbaycan Polisi ölkəmizdəki qanunsuz silahlı birləşmələrin, bir çox cinayətlərin, o cümlədən ölkə rəhbərliyinə qarşı sui-qəsdlərin qarşısını aldı. Həmçinin dahi şəxsiyyətin qətiyyətli siyasəti sayəsində polis sıraları cinayətkarlardan təmizləndi. Sonrakı dövrlərdə cinayətkarlığa qarşı mübarizədə yeni alət və vasitələrdən istifadə olundu, daxili işlər orqanları strukturunun təkmilləşdirilməsi istiqamətində önəmli işlər görüldü. Bu sahədə qanunvericiliyin bazası təkmilləşdirildi, Daxili Qoşunlar haqqında yeni qanunlar qəbul olundu.

İctimai Şuranın sədri Azərbaycan Polisinin Vətən müharibəsində Ordumuzun tarixi Qələbə qazanmasında da mühüm rol oynadığını diqqətə çatdırıb: “Daxili işlər orqanlarının əməkdaşları haqq savaşımızda da böyük şücaət və qəhrəmanlıq göstərdilər. İkinci Qarabağ müharibəsində Daxili Qoşunların 66 əməkdaşı şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb”.

Qeyd olunub ki, Prezident, Ali Baş Komandan İlham Əliyev ölkədə mövcud olan möhkəm ictimai-siyasi sabitliyin qorunmasında daxili işlər orqanlarının fəaliyyətini daim yüksək qiymətləndirib. Ümumiyyətlə, 44 günlük müharibədən sonra polisin qarşısında yeni vəzifələr qoyulub. Bu, işğaldan azad olunan ərazilərdə polis qurumlarının sistemli şəkildə yaradılması, ölkəmizin xarici təxribatlardan qorunması ilə başlandı.

Bildirilib ki, son 20 ildə cinayətlərin qarşısının alınması, açılması, istintaqı, bütövlükdə vətəndaşların qanuni mənafelərinin qorunması sahəsində davamlı iş aparılıb, o cümlədən 24 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 22 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən hüquqazidd əməllərin sayı xeyli azalıb.

Digər tərəfdən polis bu gün tamamilə yeni çağırışlarla qarşılaşıb. Aparılan müxtəlif əməliyyatlar nəticəsində 20 tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Eləcə də cinayətkarlıqla mübarizədə, xüsusən onların qarşısının alınmasında vətəndaşların iştirakı ilə və məlumatları əsasında müsbət nəticələri olan bir çox əməliyyatlar keçirilib. Xüsusilə də narkobaronların, narkotacirlərin cinayətkar əməllərinin qarşısının alınması davam edir. İran dövlət səviyyəsində Azərbaycana “ağ ölüm”ü ixrac edir. Bu prosesin qarşısının alınmasında polis müstəsna xidmətləri ilə seçilir. Yəni bu zaman İKT-nin imkanları geniş tətbiq edilir. Eyni zamanda polis əməkdaşlarımız müxtəlif ölkələrin, o cümlədən İranın xüsusi xidmət orqanlarının və onların əlaltılarının Azərbaycanda təxribat xarakterli əməllərinin qarşısının alınmasında əhəmiyyətli rol oynayırlar.

“Bu gün polis digər hüquq-mühafizə orqanları ilə birgə yüksək səviyyədə koordinasiyalı fəaliyyət göstərir. Daxili işlər orqanları Dövlət Təhlükəsizlik Xidməti ilə çox sıx əməkdaşlıq edir. Hazırkı şəraitdə yeni təhdidlərin qarşısının alınması üçün müasir çağırışlara cavab verən vasitələrdən, innovativ üsullardan geniş istifadə olunur. Digər tərəfdən insan alverinə, mütəşəkkil cinayətkar qruplara qarşı mübarizədə polisin fəaliyyəti xüsusi vurğulanmalıdır.

Yeri gəlmişkən, son 20 ildə cinayətlərin orta hesabla 87 faizinin açılması təmin olunub, axtarışda olan 69 mindən çox təqsirləndirilən şəxs tutulub. Statistik rəqəmlər göstərir ki, Azərbaycan Polisi peşəkarlığına görə bir sıra ölkələrin təhlükəsizlik orqanlarını da üstələyir. Ağır və xüsusilə ağır cinayətlərin 85,3 faizinin, şəxsiyyət əleyhinə qanun pozuntularının 98,2 faizinin üstü açılıb. Bu isə bu sahədə çox yüksək nailiyyətlərdir. Eyni zamanda, ictimai asayişin qorunmasında polis əməkdaşları əvəzsiz rol oynayır”, - deyə Ə.Nuriyev əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərdə baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb