Azərbaycan Premyer Liqası: “Qarabağ” klubu “Zirə”ni iki cavabsız qolla məğlub edib
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da futbol üzrə Azərbaycan Premyer Liqasında 2021-2022-ci il mövsümünün ilk yarısına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, XIV turun son oyununda "Qarabağ" klubu "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun heyətində hər iki qolu Musa Qurbanlı vurub. On doqquz yaşlı hücumçu görüşün 6-cı və 53-cü dəqiqələrində fərqlənərək komandasına üç xal qazandırıb.
Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində möhkəmlənib. İyirmi iki xala malik "Zirə" isə "Neftçi" ilə birlikdə üçüncü və dördüncü yerləri bölüşdürür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib, "Keşlə" səfərdə "Sumqayıt"a 3:1, "Sabah" isə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:46]
Çempionlar Liqası: "Sabah"–“Slaviya Praqa” oyunu başlayıb
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]