Azərbaycan Premyer Liqası: “Sabah” öz meydanında “Qəbələ”ni məğlub edib
Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan Premyer Liqasında XXVI turun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, günün ikinci oyununda “Sabah” və “Qəbələ” komandaları üz-üzə gəliblər. “Bank Respublika Arena”da reallaşan görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 9-cu dəqiqədə David Volkov açıb. Gürcüstanlı hücumçu 41-ci dəqiqədə özünün və komandasının ikinci qolunu vurub. Matçın yekun nəticəsini 45+3-cü dəqiqədə Əyyub Allaş müəyyənləşdirib.
Bu nəticədən sonra xallarını 37-yə çatdıran “Sabah” üçüncü yerə yüksəlib. “Qəbələ”isə 15 xalla sonuncudur.
Günün ilk matçında “Kəpəz” və “Neftçi” bol qollu sülhə razılaşıblar - 3:3.
Martın 9-da turun açılış görüşündə isə “Sumqayıt” səfərdə “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, tura martın 10-da keçiriləcək “Turan Tovuz”-“Araz-Naxçıvan” və “Qarabağ”-“Zirə” oyunları ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]
Azərbaycanın 8 boksçusu Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
- 09.10.2026 [10:37]
Bu gün Azərbaycan Basketbol Liqasında II tura start veriləcək
- 09.10.2026 [10:32]