Azərbaycan Premyer Liqası: “Sumqayıt” - “Neftçi” – 1:0
Bakı, 10 sentyabr, AZƏRTAC
Bu gün futbol üzrə Topaz Premyer Liqasında IV tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, turun son oyununda turnir cədvəlinin beşinci pilləsində qərarlaşan “Sumqayıt” klubu “Kapital Bank Arena”da paytaxt təmsilçisi “Neftçi” ilə görüşüb. Rəhim Həsənovun idarə etdiyi qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Beləliklə, “Sumqayıt” klubu aktivinə 6-cı xalını yazdırıb.
Qeyd edək ki, dörd turdan sonra hesabında on xal olan “Zirə” klubu Azərbaycan çempionatının vahid lideridir. Ağdamın “Qarabağ” komandası bir oyun az keçirib və doqquz xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Qəbələ” klubu isə yeddi xalla üçüncü pillədədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [22:20]
Lənkəran və Astarada güləş zallarına baxış keçirilib
- 12.06.2026 [20:01]
Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]